COVID-19-a qarşı vaksinə bərabər çıxış pandemiya ilə uğurlu mübarizənin əsas şərtidir
26.08.2020 21:00

Planetin əhalisinin 70 faizinin yaşadığı 172 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaradılmış alyansda - COVID-19-a qarşı vaksinlərin hazırlanması və istehsalı üzrə COVAX beynəlxalq əməkdaşlıq proqramında iştirak edir. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu ölkələrdən 80-i potensial ödəmə qabiliyyətinə malikdir, 92-nin isə maliyyə və texniki dəstəyə ehtiyacı var.

 

Hazırda beynəlxalq alyansa daxil olan şirkət və ölkələrdə hazırlanmış doqquz eksperimental vaksin ümidvericidir. Ehtimal olunur ki, yaxın zamanda bu siyahıya daha doqquz vaksin daxil olacaq. ÜST çalışır ki, sınaqdan keçmiş vaksinlər hazır olduqdan sonra planetin bütün sakinlərinə əlçatan olsun.

 

Ödəmə qabiliyyətinə malik ölkələrin avqust ayının sonlarına qədər beynəlxalq əməkdaşlıq proqramında iştiraklarını təsdiq etmələri, sentyabrın 18-dək maliyyə yardımının göstərilməsi öhdəliyini götürmələri, oktyabrın 9-dək isə ilk ödəniş etmələri gözlənilir.

 

İsveçin Baş Naziri Stefan Leften əmindir ki, COVID-19-a qarşı vaksinə bərabər çıxış virus və pandemiyanın nəticələri ilə uğurlu mübarizənin əsas şərtidir: “Bu, qələbə yalnız bir dəstə iştirakçıya qismət olan bir yarış olmamalıdır”. Onun sözlərinə görə, bütün ölkələr alimlərin dünyanın müxtəlif yerlərində apardıqları tədqiqatların bəhrələrindən istifadə etmək imkanına malik olmalıdır.

 

Hindistanın İmmunologiya İnstitutu, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans, eləcə də Bill və Melinda Qeyts Fondu elan ediblər ki, “AstraZeneca” və ya “Novavax” şirkətləri tərəfindən hazırlanan vaksin hazır olan kimi, həmin preparatın yüz milyon dozasını (bir dozasının dəyəri üç dollar olmaqla) aşağı və orta gəlir səviyyəli ölkələrə göndərəcəklər. Digər beynəlxalq saziş üç yüz milyon dozanın əlverişli qiymətlərlə operativ çatdırılmasına təminat verir.

 

Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın sədri Set Berkli bildirib ki, yüksək gəlir səviyyəsi olan ölkələr layihədən ikiqat faydalanacaq: onlar vaksinlərin ən geniş seçiminə çıxışa və konsorsium iştirakçısı kimi preparatları sərfəli qiymətlərlə almaq imkanına malik olacaq. Bu, öz növbəsində, vaksinlərin dünyanın bütün qalan ölkələri üçün əlçatan olmasına kömək edəcək.

 

COVAX beynəlxalq əməkdaşlıq proqramının uzunmüddətli məqsədi – gələn ilin sonlarına qədər sınaqdan keçirilmiş vaksinin iki milyard dozasının istehsalı və çatdırılmasını təmin etməkdir. İlk növbədə preparatı tibb işçiləri və xəstəliyə qarşı əhalinin ən həssas qruplarının nümayəndələri əldə edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib