Payız mövsümündə epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün sürətli peyvəndləmə vacibdir
16.07.2021 15:59

Dünyanın mötəbər səhiyyə qurumlarının məlumatlarına əsasən koronavirusun “delta” ştamının yoluxduruculuq qabiliyyəti artdığı üçün yoluxma müddəti daha qısadır. Bildiyimiz kimi koronavirusun bir insandan digərinə yoluxmasının müxtəlif amilləri var. Burada zaman məsələsi də önəmlidir. Əvvəllər Uxan variantı ilə yoluxmaq üçün xəstə ilə 10-15 dəqiqə təmasda olmaq lazım idisə, indi bu müddət daha da qısalıb və 3-5 dəqiqəyə enib.

 

Yoluxduruculuq artdığı üçün virus hissəciklərinin normal maskalardan keçmə ehtimalının da artdığı deyilir. Hətta bəzi elmi qurumlarda cüt maskanın, N95, FFP2 deyilən maskaların istifadəsinin daha uyğun olacağı bildirilir. Bunlar hələ ki, rəsmi olaraq sübuta yetirilməyib. Ümumiyyətlə “delta” variantı barədə bilmədiyimiz çox şey var və araşdırılır.

 

Bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

 

“Ötən ayın ortalarından “delta” variantının qonşu ölkələrdə - Rusiya, Gürcüstan, Türkiyədə yayıldığına dair məlumatlar aldıq. Rusiyada vəziyyətin kritik olduğu hər kəsə məlumdur. İstər xəstə, istərsə də ölüm sayında indiyədək rekord rəqəmlər qeydə alınır. Azərbaycan da dünyanın bir hissəsidir. Əlbəttə ki, “delta” variantının hesabına qarşıdakı günlərdə xəstə sayının artacağı proqnozlaşdırılır. Bunun qarşısını almaq üçün mütləq sürətli şəkildə vaksinasiya olunmalıyıq. “Delta” variantından qorunmağın, ümumiyyətlə yoluxanların, xəstələnənlərin, ölənlərin sayının çox olmamasının, xəstəxanaların yüklənməməsinin yeganə yolu qısa müddətdə daha çox insanın vaksinasiyadan keçməsidir. Hazırda ölkəmizdə dörd vaksin əhali üçün əlçatandır və istədiyimiz peyvəndi seçə bilirik. Ümumiyyətlə, pandemiyadan qurtulmaq, hazırda aktual olan “delta” variantına yoluxmamaq, ölkəmizdə qarşıdan gələn aylarda, xüsusilə payız mövsümündə epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilmək üçün sürətli peyvəndləmə vacibdir. Bundan əlavə, pandemiya başlayandan tövsiyə edilən klassik qoruma qaydalarına – maska istifadəsi, məsafə saxlanılması, əl gigiyenasına əməl olunması və qapalı məkanlarda mümkün qədər az olmaqla növbəti dalğadan qoruna bilərik. Bu, təkcə dövlətin verdiyi qərarlardan deyil, hər bir vətəndaşın fərdi məsuliyyətindən də asılıdır”, - deyə E.Qasımov bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər