Musa Qəniyev: Mədə-bağırsaq pozuntusunu məhz “delta” ştamına xas klinik əlamət hesab etmək olmaz
16.07.2021 13:59

Yay aylarında mədə-bağırsaq pozuntusu və diareya ilə müşahidə olunan infeksion və qeyri-infeksion xəstəliklərə daha çox rast gəlinir. Bunun bir sıra səbəbləri var: dənizin duzlu suyunun daxilə getməsi, yağlı qidaları qəbul etdikdən sonra günəşin altında çox qalmaq, selitralı, yəni tərkibində nitratın çox olduğu qarpızdan çox istifadə və s. Fərqli səbəblərdən yaranan belə mədə-bağırsaq pozuntularını məhz yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” və “delta plus” ştamları ilə əlaqələndirmək düzgün deyil. Mədə-bağırsaq pozuntularında bu ştamların, demək olar ki, heç bir rolu yoxdur.

 

Aztibb.az xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun “delta” və “delta plus” ştamları barədə ətraflı məlumat verib.

 

O, bildirib ki, bu hallarda baş verən kəskin mədə-bağırsaq pozuntusu və diareya, yalnız orqanizmin özünüqoruma (virus yükünün orqanizmdən qovulması), yəni kompensator müdafiə reaksiyasıdır: “Onu hansısa infeksiya, o cümlədən COVID-19-un mutant ştamlarına xas olan spesifik və selektiv klinik əlaməti hesab etmək olmaz. Digər tərəfdən, COVID-19 və onun bütün mutant ştamları, o cümlədən “delta” və “delta plus” hüceyrə daxilinə yalnız angiotenzin çevrici ferment reseptorları subtipinə bağlanmaq yolu ilə daxil olur. Onların digər yoluxdurma yolu yoxdur və ola da bilməz. Çünki bu virus, yalnız reseptor mexanizmlərə bağlanaraq yoluxduran virusdur. Əks halda, onlar koronavirus ailəsi adlandırılmazdı. Bu reseptorlar mədə-bağırsaq traktında mütləq aktiv kəmiyyət nisbətində deyil. Beləliklə, yalnız yeni növ koronavirusun ştamları deyil, bu reseptorlara həssaslıq göstərən istənilən endogen və ya ekzogen amilin mədə-bağırsaq pozuntusu və ya diareya törətmək ehtimalı yoxdur.

 

Buna görə də, mədə-bağırsaq pozuntusu və ya diareya zamanı “delta” ştamı ilə yoluxduğunuzu düşünmək əbəsdir. COVID-19-u unudaraq, xoş şeylər haqqında düşünmək, stresiz yaşamaq lazımdır. Sadəcə, gigiyenik qaydalara riayət etməyi və vaksin vurdurmağı unutmaq olmaz”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər