Uğur Şahin və Özləm Türəci İspaniyanın ən ali elm mükafatına layiq görülüblər    
25.06.2021 12:10

 

Yeni növ koronavirus peyvəndinin kəşfi ilə əlaqədar olaraq, "BioNTech"in qurucuları - Uğur Şahin və həyat yoldaşı Özləm Türəci də daxil olmaqla bir qrup alim İspaniyanın ən prestijli mükafatı kimi tanınan “Asturias Şahzadəsi Mükafatı”na  layiq görülüblər.

 

Aztibb.az xəbər verir ki, 1980-ci ildə təsis edilən və 8 kateqoriyada verilən mükafat Cuan Miro heykəlciyi, diplom, nişan və 50 min avro məbləğində pul olmaqla sahiblərinə təqdim edilir. 

 

“Onların işləri qlobal miqyasda sağlamlığı qorumaq üçün fundamental elmin əhəmiyyətini bildirən ən mükəmməl nümunədir. Onlar uzun illərə söykənən təcrübələri sayəsində və tədqiqatları nəticəsində COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə təsirli peyvəndlər yaradaraq yeniliyin öncülləri oldular. Kəşfləri həm yeni bir texnologiya, həm də digər xəstəliklərə qarşı mübarizə üçün ümid yolu açdı”, – deyə münsiflər heyəti açıqlayıb.

 

Elm insanlıq üçün   

 

““Asturias Şahzadəsi Mükafatı” elmin insanlıq üçün bir fərq yarada biləcəyini  ən mükəmməl şəkildə qiymətləndirdirmək baxımından əhəmiyyətlidir. Ümid edirəm araşdırmalarımızın nəticələri epidemiyaya qarşı mübarizədə hələ çox insana kömək edəcək”, – deyə Uğur Şahin söyləyib. 

 

““Asturias Şahzadəsi Mükafatı”na layiq görülənlər sırasında olmağım nənim üçün fəxrdir. Elmin əsas məqsədinin həyatı yaxşılaşdırmaq olduğunu  təcəssüm etdirən bu mükafatla dəyərləndirilməyimdən çox qürur duyuram”, – deyə Özləm Türəci bildirib.  

 

“Asturias Şahzadəsi Mükafatı”nın təqdimetmə mərasimləri ənənəvi olaraq hər il oktyabr ayında Asturias bölgəsindəki Oviedo şəhərində, Kampoamor Teatrında keçirilir.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
 Agentlik və TƏBİB ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı yeni layihəyə start verib   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova