Bu hormonun çatışmazlığı depressiv halların yaranmasına səbəb olur
21.08.2020 10:33

Bəzən ciddi bir səbəb olmadığı halda belə insan özünü halsız və yorğun hiss edir. Son illər aparılan araşdırmalar bəzi qidaların lazımi miqdarda qəbul edilməsinin xoşbəxtlik hisslərini artırdığını ortaya çıxarıb. Bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə "Xoşbəxtlik hormonu" olan serotonin istehsal edir. Həmin hormon orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və özünü xoşbəxt hiss edir. Ona görə də, ona "Xoşbəxtlik hormonu" adı veriblər.

 

Bu fikirləri həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a müsahibəsində deyib. O, bildirib ki, aparılan tədqiqatlara əsasən, depressiya, miqren, hiperaktivlik, insulinə həssaslıq, hətta kökəlmənin əsasında serotonin dayanır. Serotonin yüksəldikdə və ya həddən artıq olduqda əhval-ruhiyyə də yüksək olur, bununla yanaşı, qeyri-normal və narahat yuxu, iştahanın azalması, ruhi-psixi sağlamlığın yerində olmaması kimi halların yaranmasına səbəb olur. Serotonin çatışmazlığı depressiv halların yaranmasına, kökəlmə və ya anoreksiya, bulimiya kimi qida pozğunluqlarına da səbəb olur.

 

Onun sözlərinə görə, “Xoşbəxtlik hormonu” kimi tanınan serotonin əvəzolunmayan amin turşusu olan triptofandan yaranır. Triptofan isə orqanizmdə sintez olunmadığı üçün onu qidalardan əldə etmək lazımdır. Zülalla zəngin olan qidaların tərkibindəki triptofan beyin toxumasına çox ləng və az miqdarda keçir, ancaq karbohidratdakı triptofan çox sürətlə mənimsənilir. Serotonin stress əleyhinə təsir mexanizmi ilə əlaqədar olaraq günün müəyyən vaxtlarında qandakı miqdarı dəyişə bilir.

 

Həkim-fitoterapevt qeyd edib ki, orqanizmdə serotoninin miqdarına müxtəlif hormonlar təsir edir: “Qadın orqanizmində estrogenin artması serotonin miqdarında yüksəlişə səbəb olur. Aclıq, yorğunluq, stress və dərmanların onun miqdarını aşağı saldığı müəyyən olunub. Məsələn, serotonin azlığı yarananda zülal və vitaminlər immun sistemin müdafiəsində axıradək dayana bilmir.

 

"1 aylığından 1 yaşına qədər olan körpələrdə rast gəlinən “qəfləti uşaq ölümü sindromu” və ya “beşikdə ölüm”ün səbəbi serotonin çatışmazlığı ilə əlaqədardır. Onun qarşısını almaq üçün körpəni qarın yox, kürəyi üstə yatırmaq, siqaret tüstüsündən uzaq saxlamaq lazımdır. Stress, qanda şəkərin aşağı olması və menstrual dövrdə estrogen hormonunun aşağı düşməsi serotonin miqdarını azalda, qadınlarda estrogen hormonunun artmasını oksigen, süd, hind quşu əti və şokolad kimi triptofan tərkibli maddələr, mütəmadi məşqlər və idman artıra bilər. Serotonin miqdarını artıran qidalara püstə, çiyələk, banan, üzüm, yeralması, portağal, küncüt, makaron aiddır”, - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər