Perspektivli tibb – Yeni sağlamlıq modeli
18.05.2021 12:14

Bir əsr əvvəl mikrobiologiya və biyokimya elmdə əsaslı bir dəyişikliklərə yol açırdısa, hazırda bu missiyanı perspektivli tibbin əsasını təşkil edən bioinformatika, tibbi informatika, biostatistika kimi yeni elmi istiqamətlər həyata keçirir.

 

Aztibb.az xəbər verir ki, perspektivli tibb xəstəliklərin başlanğıcının aşkarlanmasına, xəstəliklərin inkişaf riskinin müəyyənləşdirilməsinə və müalicə üçün erkən müdaxiləyə yönəlmiş səhiyyə xidmətləridir.

 

Mövcud diaqnoz və müalicə təcrübəsində həkimlər üçün ilkin əsas xəstənin şikayətidir. Perspektivli diaqnoz və müalicə üçün isə daha çox epidemioloji, genetik, ətraf mühit və həyat tərzi amilləri təhlillər aparmaqla qiymətləndirilir.

 

Gələcək tibbin inkişafında genomik, proteomik və metabolomika texnologiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu texnologiyalar vasitəsiylə insanlarda müəyyən xəstəliklərə tutulma riskini müəyyənləşdirmək, xəstəliyin başlanğıcını təyin etmək və maksimum faydalı nəticə əldə etmək perspektivli səhiyyə modellərinin yaradılması üçün əsas hesab olunur.  

 

Fərdi sağlamlıq planlaşdırması  

 

Fərdi sağlamlıq planları və bunların həyata keçirilməsi mexanizmləri perspektivli səhiyyə xidmətlərinin mühüm bir hissəsini təşkil edir. Müasir tibbdə xroniki xəstəliklərin inkişaf tempini minimuma endirmək üçün müəyyən qoruyucu tədbirlərin görülməsi ilə yanaşı, fərdi sağlamlıq planlaması mütləqdir. Planlama şəxsin sağlamlıq profilini, mövcud sağlamlıq vəziyyətinin təsvirini, sağlamlıq riski analizini (genetik, ətraf mühit və həyat tərzi aspektləri) və s. göstəriciləri ehtiva edir. 

 

Perspektivli səhiyyə: tibbin inkişafında növbəti dövr  

 

Tibbin növbəti inkişaf dövründə səhiyyə xidmətlərində ən vacib nüans xəstəlik risklərinin yüksək qiymətləndirilməsidir. Bu baxımdan perspektivli tibb xəstəlikləri proqnozlaşdırmaq və daha yaxşı diaqnoz və müalicə üçün yeni texnologiyaların tətbiqini dəstəkləyir. Dünyanın bir çox ölkələrində tibb müəssisələrində artıq perspektivli səhiyyə xidmətini inkişaf etdirmək üçün pilot proqramlara başlanılıb. Bu sahədə çalışan mütəxəssislər perspektivli tibbin insanların sağlamlığını yaxşılaşdırmaq üçün ən səmərəli model olma vədini yerinə yetirə biləcəyinə inanırlar.  

 

Beləliklə tibb tarixində yeni bir dövrün başlanılmasına yol açılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib