İshal ürək və tənəffüs çatışmazlığına səbəb ola bilər
14.04.2021 11:27

İshal (diareya) tez-tez təkrarlanan, sulu nəcis ifrazıdır. Diareya adətən qarında ağrı, tenezm və köplə müşayiət olunur.

 

Aztibb.az xəbər verir ki, ishal bağırsağın infeksion-iltihabi xəstəliklərinin, disbakteriozun və nevrogen pozğunluqların əlaməti ola bilər. Bu səbəbdən ağırlaşmaların profilaktikasında əsas xəstəliyin diaqnostika və müalicəsi mühüm rol oynayır.

 

Profuz ishal zamanı iri həcmdə maye itkisi su-duz balansının pozulmasına gətirib çıxarır. Belə hallarda ürək və tənəffüs çatışmazlığı yarana bilər.

 

İshalın bir sıra klinik xüsusiyyətləri vardır. Kəskin ishalın başlıca səbəbləri bağırsaq infeksiyaları və dərman vasitələridir. İshalın bu növü 2-3 həftədən çox çəkmir. Kəskin formada nəcis duru konsistensiyalı, bəzən selik və qan qarışıqlı olur. Əksər hallarda ishal qarında köp, ağrı, ürəkbulanma və qusma ilə müşayiət olunur. Xəstələrdə iştah zəifləyir, çəki azalır. Tez-tez təkrarlanan duru nəcis ifrazı orqanizmin dehidratasiyasına gətirib çıxarır: dəri örtükləri, selikli qişalar quruyur, zəiflik, yorğunluq müəyyən edilir. Bağırsaq infeksiyaları adətən qızdırma ilə gedir.   

 

3 həftədən çox davam edən ishal isə xroniki forma kimi qiymətləndirilir. Onun səbəbləri müxtəlifdir. Anamnestik məlumatlar, klinik əlamətlər, fiziki müayinə xroniki ishalın etiologiyasını üzə çıxarmağa imkan verir.  

 

İshal bir çox xəstəliklərin əlaməti olduğundan həkim taktikasında əsas patologiyanın müalicəsi başlıca rol oynayır. İshalın növündən asılı olaraq, pasiyent qastroenteroloq, infeksionist və yaxud proktoloq tərəfindən müalicə edilir. İshal 4 gündən çox davam etdikdə və yaxud nəcisdə qan, selik izlənildikdə mütləq həkimə müraciət olunmalıdır. İshal qida zəhərlənməsi ilə əlaqədar yarana bildiyindən hər bir halda peşəkar yardımı gecikdirmək olmaz.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib