Toyuq ətinin FƏSADLARI VƏ FAYDALARI - Broyler yemək olar?
09.03.2021 20:59

Broyler toyuqlarına hər gün yumurta verməsi üçün verilən dərmanlar kişilərdə süd vəzlərində böyümələrə səbəb olur, prostat vəzdə hiperplaziya 2 dəfə artıq rast gəlinir. Kişilərdə tüklər tökülür, qadın tipli tüklənmə yaranır.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov broyler toyuğunun insan orqanizminə təsirindən danışarkən deyib.

 

O, bildirib ki, broyler toyuqları təkcə kişilərə deyil, qadınlara da təsir edir.

 

"Bu günlərdə süd vəzin və uşaqlığın xərçəngi neçə dəfə artıb. Qız uşaqlarında erkən aybaşı halları, gənc qadınlarda aybaşı pozulmalarının olması həmin dərmanların nəticəsidir.

 

Ümumiyyətlə, qadın xəstəlikləri, sonsuzluq son dərəcə artıb və artmaqda da davam edir".

 

"Broyler toyuğu şok verməklə öldürülür. Şok verilməyin nə olduğunu izah edim. Kəsilmədən öncə toyuğa elektrik şoku verilir və sonra başı kəsilir, bu zaman 200 qrama yaxın qan toyuğun bədənində qalır.  Bundan başqa bəzi fərdlər elektrik şokunun təsirinə dözməyib ölür, başları aparat vasitəsilə kəsilir.

 

Onu da qeyd edim ki, broyler toyuğunun 1 kq olması üçün cəmi 3.2 kq yem sərf olunur. Özü də geni dəyişdirilmiş soyadan hazırlanmış yem. Belə toyuqlar fermada o qədər zərif olurlar ki, qucağa alınanda sümükləri sınır, bunun səbəbi yetişdirildiyi qısa müddət ərzində toyuğun kifayət qədər kalsium almaması və sümüklərinin bərkiyə bilməməsidir", - deyə həkim qeyd edib.

 

Həkim qeyd edib ki, kənd toyuğundan və yumurtasından istifadə etmək, broyler toyuğunu yemək məcburiyyəti olduqda onu arabir qəbul etmək lazımdır.

 

"Broyler toyuğu bir dəfə yeyildikdən sonra bir həftə ara vermək lazımdır. Bu zaman toyuqların kanserogen, yəni xərçəng törətmə təsiri az olur, orqanizm özü xərçəng əmələ gəlmə riskini önləyir.

 

Kənd toyuğu kalsium, dəmir və ən əsası zülalla zəngindir, həmin zülallar bədən hüceyrələrinin yenilənməsini təmin edir. Toyuq əti qanda xolesterin səviyyəsi yüksək olanlar və piylənmədən əziyyət çəkənlər üçün əvəzolunmazdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama