Qan laxtalanmasının qarşısını almağın asan YOLU - TƏBİİ VASİTƏLƏR...
04.03.2021 12:00

Bəzi xəstəliklər qanın laxtalanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. kimi xəstəliklərin əmələ gəlməsinə qan laxtalanmasının yüksək olması səbəb olur.

 

Laxtalanmaya meyilli qanda asanlıqla tromblar əmələ gəlir. Trombların ürəkdə, beyin damarlarında tıxanıb qalması həmin nahiyəyə oksigenin getməməsinə səbəb olur. Tutulmuş nahiyəyə qanın işləməməsi orada oksigen çatışmazlığına səbəb olur və xəstəlik əmələ gəlir.

 

Buna görə də qanın laxtalanmasını nəzarətdə saxlamaq və laxtalanma sürətini azaltmaq lazımdır.

 

Qida rasionuna nəzarət edərək qanın laxtalanmasının qarşısını almaq olar.

 

Bu qidalar qan laxtalanmasının və tromb əmələ gəlməsinin qarşısını alacaq:

 

1. Gün ərzində ən azı 5-6 stəkan adi su için. Təbii su qan laxtalanmasının qarşısını alan vasitələrdən biridir.

 

2. Gündəlik rasionunuza zeytun və ya kətan yağı əlavə edin.

 

3. Alma sirkəsini suya qatıb için. Bu zaman 1 çay qaşığı sirkəni 1 stəkan ilıq suda həll edin.

 

4. Hər gün qidalarda zəncəfildən istifadə etmək qan laxtalanmasının qarşısını alır.

 

5. Hər gün qidanıza soğan və ya sarımsaq əlavə edin.

 

6. Limonlu su və ya limon şirəsi sıxılmış salatlar qanda tromb əmələ gəlməsinin qarşısını alır.

 

7. Çuğundur şirəsi  və tünd şokolad qanı duruldur.

 

8. Balıq və balıq yağı qanın laxtalanmasının qarşısını alır.

 

9. Hər gün pomidor yemək və ya pomidor şirəsi içmək qanı duruldur.

 

10. Moruq, qara və ya qırmızı yemişan şirəsi, albalı, kinkan, çiyələk, böyrütkən yemək qan laxtalanmasının qarşısını alır. Bunun üçün hər gün bu meyvələrin birindən ən azı 200 qram yemək lazımdır.

 

 

Bu qidalar isə qanın laxtalanmasına səbəb olur:

 

* ət bulyonu

 

* kolbasa

 

* hisə verilmiş qidalar

 

* ağ çörək

 

* qaymaq

 

* itburnu

 

* banan və manqo  

 

* bəzi bitkilər pişikotu, gicirtkən, qarğıdalı saçağı, qırxbuğum, dazıotu və s.

 

Bu bitkilərin dəmləmələrini uzun müddət içdikdən sonra fasilə vermək və sonra yenidən qəbul etmək lazımdır.

 

Çoxlu miqdarda duzlu qida qəbulu, siqaret, sidikqovucular və hormonal preparatlar da qanın laxtalanmasına səbəb ola bilir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu