Yağların insan orqanizminə inanılmaz TƏSİRİ
20.02.2021 10:57

Qədim zamanlardan müxtəlif bitki yağları təbib və loğmanlar tərəfindən geniş istifadə olunub. Qədim hind təbabəti olan Ayurveda demək olar ki, bütünlüklə yağlara əsaslanır.

 

Şəfaverici məcunlar orqanizmə müxtəlif yollarla daxil edilib. Kompreslər, vannalar, massaj, bürümə, inqalyasiya, burun-qulaq-boğazdan, ağızda sorulma, aplikasiya, düz bağırsaqdan, aromaseans və içilmə yolu ilə kosmetik, profilaktik və müalicəvi məqsədlə çox geniş tətbiq olunub.

 

Sonralar "yağ terapiyası" tamamilə unudulmuş və uzun illərdir ki, birtərəfli olaraq yalnız günəbaxan və qarğıdalı yağlarının istifadəsi günümüzdə epidemiya halı almış xroniki iltihabı xəstəliklərə səbəb olmuşdur.

 

Hazırda yağ terapiyası bu üsulun biliciləri və şəfalı yağ istehsalçılarının birgə səyi ilə dirçəlməkdədir.

 

Hər bir yağın fərdi, yalnız ona xas xassələri ilə yanaşı, demək olar ki, bütün yağların tərkibində vitamin, antioksidant, efir yağları, bioloji aktiv maddələr mövcuddur. Və müasir, əksər qida maddələri ilə defisitli rasionun bu yağlar vasitəsilə zənginləşdirilməsi həm kosmetoloji, həm də profilaktik və müalicəvi effektə səbəb olur.

 

Daha bir maraqlı tətbiqi yaşlaşan insanlara aiddir; belə ki, qocalan orqanizm get gedə susuzlaşaraq, daxilən və zahirən sözün əsl mənasında "quruyur" , sərtləşir, ferment və hormonların aktivliyi zəifləyir, bağırsaq fəaliyyəti yarıtmaz olur. Bu zaman "canlı" yağların həm daxili, həm də xarici istifadəsi insanı gerçəkdən canlandıra bilər.

 

İltihabi - degenerativ xəstəliklərin yaranmasına mühüm "töhfə" vermiş günəbaxan və qarğıdalı yağlarından uzaqlaşıb, təbiətin bəxş etdiyi çeşidli şəfaverici yağlardan yararlanmağın tam zamanıdır.

 

Badam, alaqanqal, küncüt, kətan, balqabaq, qara zirə, kokos, fındıq, qoz və s. yağlarından müntəzəm, növbəli kurs ilə masaj və daxilə qəbulu (içilməsi) sağlamlığın qorunmasında, gözəlləşməkdə, cavanlaşmaqda, hətta bir çox xəstəliklərin müalicə və profilaktikasında yardımçınız ola bilər!

 

Lakin bir mühüm nüans var: yağlar mütləq yeni sıxılmış və düzgün qorunmuş olmalıdır. Əks halda faydasından çox zərəri ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama