Həkim-anestezioloq Şahin Məmmədov: "Almada dəmir yoxdur, onun qaralmasının səbəbi isə..."
19.02.2021 16:29

Kimdə anemiya varsa ona dəmir pereparatları, dəmirlə zəngin qidalar verirlər, lakin əvvəlcə xəstədə həqiqətən də dəmir çatışmazlığı olduğuna əmin olmaq lazımdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-anestezioloq Şahin Məmmədov məlumat verib.

 

O, bildirib ki, anemiyanın başqa səbəbi ola bilər: "Anemiyanın səbəbi dəmir əksikliyi olmadığı halda siz dəmir pereparatı qəbul etsəniz dəmirlə zəhərlənmə - iron overload syndrome əmələ gələ bilər'.


Həkim dəmir defisitinin qanın ümumi analizində əlamətlərini sadalayıb.

 

*Hb azdır, Ht azdır, MCV 80 dən aşağıdır. Yəni bu da talassemiya kimi mikrositar anemiyadır. 


*Hamının COVID-19-a görə tanıdığı ferritin zülalının miqdarı dəmir çatışmazlığında azalır, koronavirus zamanı isə artır. Çünkü ferritinin dəmir daşıma funksiyasından başqa, iltihab zamanı da tam öyrənilməmiş rolu olduğu düşünülür. Ona görə də Ferritin COVID-19 müalicəsinin gedişinə və iltihabın şiddətinə nəzarət üçün də marker kimi istifadə olunur.

 

*Qanda dəmirin özünü də yoxlaya bilərsiz.

 

*Hələ dəmir defisitli olmamışdan əvvəl qanda təkcə ferritin azalır. Bu yüngül dərəcəli dəmir çatmazlığıdır. 2 ci mərhələdə qanda dəmirin özü də azalır. Daha sonra əvvəlcə normocitik anemiya əmələ gəlir. Yəni MCV normal olur. Ən son mərhələdə mikrositik anemiya əmələ gəlir. Yəni əgər sizdə MCV azdırsa dəmir çatışmazlığı inkişafının ən son mərhələsindəsiz.

 

*Dəmir çatışmazlığında adətən trombosit sayı qanda artır. Bu bədənin qanitirmə təhlükəsindən qorumaq üçün gördüyü bir tədbirdir.


Şahin Məmmədovun sözlərinə görə, ancaq dəmir defisitli anemiya olduğuna əmin olduqdan sonra dəmir pereparatları və dəmirlə zəngin qidalarla müalicə başlanır:

 

"Xalq arasında geniş yayılmasına baxmayaraq, əslində almada dəmir yoxdur, digər bitkilərdən ən az dəmir almadadır. Almanı dişlədikdən sonra onun qaralmasının səbəbi isə alma kəsildikdən sonra havadakı oksigen alma hüceyrələrinin içinə girdikdə, orada oksidaza adlı ferment almada olan fenolları tünd rəngli xinona çevirir."

 
Həkim-anestezioloq qeyd edib ki, bitkilərdəki dəmir 3 valentlidir və 12 barmaq bağırsaqdan sorulmur. Yalnız heyvani qidalardakı 2 valentli dəmir bağırsaqdan birbaşa sorulur. Dəmir sorulması vitamin C çatışmazlığında kəskin azalır. Ona görə vitamin C çatışmazlığında da anemiya dəmir defisitli anemiya deməkdir. Qatı çay, kofe və ağartı məhsulları da dəmir sorulmasını azaldır.

 

"Dəmir defisitli anemiyalarda müalicədə oral ferrous sulfat pereparatları istifadə edilir. Birdən birə böyük doza məsləhət deyil. Gün ərzində hemotakrit 0.5-1% artmalıdır", - deyə Şahin Məmmədov bildirib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər