Cücərtilərin orqanizmə TƏSİRİ - İstifadə şərtləri
18.02.2021 22:45

İlin vitamin və minerallarla qıt dövrünü yaşayırıq. Payızdan toplanıb saxlanmış meyvə tərəvəz tərkibcə tükənmiş, istixanadan gələnlərin isə zərəri faydasından çoxdur. Bu ərəfədə rasionu "canlı" qida olan müxtəlif toxumların cücərtiləri ilə zənginləşdirmək çox yerinə düşər. Bu toxumlar bitkinin böyüməsi üçün vacib olan maddələr deposudur. Cücərmə zamanı bunlar aktivləşərək, orqanizmin mənimsəyə biləcək ən rahat formaya keçir.

 

Yəni zülallar artıq hazır amin turşularına, yağlar-yağ turşusu, karbohidratlar isə sorulmaya tam hazır şəkərlərə çevrilir ki, orqanizm onların mənimsənilməsinə heç bir əlavə enerji sərf etmir.

 

Həmçinin, vitaminlərin, antioksidantların miqdarı 15 dəfəyədək artmış olur, fermentlərin aktivliyi dəfələrlə yüksəlir ki, yanaşı qəbul edilən qidaların da həzmi asanlaşır.

 

Günəbaxan, balqabaq, küncüt, kətan, alaqanqal, yaşıl qreçka, mərci, noxud, maş, lobya cücərtiləri kimi məcunlardan maksimum fayda almaq üçün necə istifadə etmək olar?

 

Bunlardan müntəzəm istifadə orqanizmi canlı maddələrlə doyuzduraraq, maddələr mübadiləsini, qanyaranmanı aktivləşdirir; dəri-saç-dırnaq sağlamlığını bərpa edir, qocalmanı ləngidir. İmmuniteti gücləndirirərək bir çox xroniki xəstəliklərin uğurlu müalicəsinə yardımçı olur.

 

Ümumi sağlamlaşdırıcı effektlə yanaşı ayrılıqda hər növ cücərti spesifik xassəsinə uyğun hər hansı xəstəlikdə fayda verir. Məsələn, alaqanqal qaraciyəri dəstəkləyir, yaşıl qreçka qanyaranma üçün faydalıdır. Cücərtilər istənilən yaşda, o cümlədən, uşaq və yaşlılarda faydalıdır.

 

Lakin bunlardan istifadə edərkən diqqət yetirilməsi şərt olan məqamlar var.

 

MƏdə-bağırsaq xəstəliklərində kobud liflər, həmçinin buğda, arpanın qlüteni selikli qişanı zədələyə bilər.

 

Paxlalıların purin əsasları podaqra, sidikdaşı və böyrək xəstəliyində istifadəsi olmaz.

 

Kətan fitoestrogen baxımından yeniyetmə oğlan və kişilərə məsləhət görülmür.

 

İstifadəsi: 1. Ən optimalı bütöv və çiy yeyilməsidir (günəbaxan, balqabaq.)

 

2. Dişi olmayan uşaq və yaşlılars südündən istifadə (əzilib suya qatılıb sıxılır).

 

3. Quru meyvələrlə əzib səhər yeməyi üçün halva düzəldilir (günəbaxan, küncüt..)

 

4. Bütöv ya əzilmişini çiy salatlara qatmaq olar (yaşıl qreçka, küncüt...)

 

5. Smuzi hazırlamaq olar

 

6.paxlalılardan (noxud, mərci, maş) sobada kotlet, qısa müddət bişirib şorba hazırlamaq olar.

 

Hazır cücərtilər 5 gün ərzində istifadə edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama