Xroniki yorğunluq nədir? - Xroniki xəstəliklər və onların yaranma SƏBƏBLƏRİ 
16.02.2021 22:22

Ümumiyyətlə, biz həkimlər gündəlik qəbulda - zəiflik, halsızlıq, yorğunluq kimi şikayətlərlə müraciət edən pasientlərlə, tez-tez rastlaşırıq. Lakin, insanlar arasında uzun müddət bu kimi şikayətləri olub, həkimə müraciət etməyənlər saysız-hesabsızdır.

 

Aztibb.az xəbər verir ki, bunu terapevt Arzu Musayeva xroniki yorğunluq, xroniki yorğunluqla müşayət olunan xroniki xəstəliklər və onların yaranma səbələrindən danışarkən deyib.

 

O, bildirib ki, ümumilikdə yorğunluq hissi, hər hansı bir fiziki gərginlikdən, zehni yorğunluqdan, əsəbilikdən və s. faktorlardan sonra yaranıb, dincəldikdən müəyyən müddət sonra, keçirsə, bu normaldır: "Bu şikayətlər daha qabarıqlaşıb daimiləşdikcə, insanı aktiv həyat tərzindən məhrum edir. Ən sadə iş belə, yorucu olub, insanı uzanıb dincəlmək məcburiyyəti qarşısında qoyur.

 

Yorğunluq hissi daimi xarakter alarsa, bu artıq, xroniki potoloji proseseslərin orqanizmdə formalaşmasından xəbər verir. Bu kimi şikayətlərlə, müraciət edən pasientlər müayinələrə cəlb olunduqdan sonra, səbəblər aşkar olunarsa, xroniki yorğunluq şikayəti xəstəliyin əlaməti kimi qəbul edilərək, müvafiq müalicələrə cəlb olunurlar. Lakin daimi yorğunluq naməlum səbəblərdən irəli gələrək, 6-aydan çox davam edib, əmək qabiliyyətinin 50% qədər aşağı düşməsilə müşayət olunursa, bu artıq sərbəst nazoloji xəstəlik kimi qəbul olunub, xroniki yoğunluq sindromu diaqnozu qoyulur".

 

Terapevt qeyd edib ki, xəstələrdə xroniki yorğunluqla yanaşı, baş ağrıları, yaddaş və yuxu pozulmaları, depressiyaya meyillilik, artralgiyalar, subfebril temperatur, boğaz ağrıları, limfatik düyünlərdə şişkinlik və sair hallar da müşahidə olunur.

 

Xroniki yorğunluq sindromunun etioloji səbəbləri tam dəqiqləşməyib, alimlər tərəfindən araşdırılır, müəyyən nəzəriyyələrə önəm verilir:

• Virus nəzəriyyəsi(qrip və qripə oxşar xəstəliklər,EBV,SMV,HCV, HBV, Herpes 1-2, entereviruslar).


• Neyropsixotrop pozulmalar (ilkin psixiki xəstəliklərdən sonra yaranan psixoloji durum).


• Vegetativ-endokrin pozulmalar.


Xroniki yorğunluq sindromunun patogenezinə gəldikdə, burada, sitokinlər sistemindəki pozulmalar daha böyük əhəmiyyət kəsb edir.

 

Bildiyimiz kimi, sitokinlər immun sistemin mediatorları olub, immunotrop təsirə malikdir. Digər tətəfdən, sitokinlər orqanizmin bir cox funksiyalarına təsir edərək, qan yaranma prosesində iştirak edir. Reparasiya, hemostaz, mərkəzi sinir sisteminə və endokrin fəaliyyətə təsir edir.

 

Bir sıra kəskin və xroniki xəstəliklərdə sitokinlərin funksiyası aşağı düşdükcə, interleykinlər potoloji prosesi dəstəkləyərək orqanizmə yerli və sistemli zədələyici təsir göstərir".

 

Arzu M. Xroniki yorğunluqla müşayiət olunan xroniki xəstəliklər və onların yaranma səbələrini açıqlayıb.


"Xroniki yorğunluq simptomatikası xroniki xəstəliklərin əsas aparıcı əlamətidir. Demək olar ki, bütün bakterioloji və virusoloji infeksion və iltihabi vəziyyətlər, metobolik pozulmalar,piylənmə, ateroskleroz, şəkərlidiabet-2 tip, diabetik polineyropatiyalar, autoimmun və sair xəstəliklərdə bu əlamət uzun müddət olsa da, insanlar tərəfindən ciddi qəbul edilmir, və onları gələcəkdə gizli olaraq orqanizdə formalaşmış xroniki xəstəliklərin ağır fəsadları ilə üzləşdirir.

 

Həkim deyib ki, sadalanan hallardan daha cox metobolik pozulmalar, qara ciyər xəstəlikləri və 2-tip şəkərli diabet ətrafında danışmaq istərdim. Umumiyyətlə, orqanizmdə mübadilə proseslərinin pozulmasına təsir edən amillər müxtəlifdir:


• ətraf mühitin çirklənməsi (hava, su, torpaq)


• zərərli adətlər


• ərzaq məhsullarının tərkibi(genomu dəyişilmiş,konserogen)


• düzgun qidalanmamaq(fas-fut,k/h məsullar,yağlı qidalar,zülal-hs)


• stress faktorlar(sosial faktorlar)


• hipodinamiya(tərəqqinin inkişafı ilə).


• Ağır metallarla yüklənmə(məisətdə istifadə olunan əşyalar-qazan, yuyucu tozlar, titan dişlər və.s)


• Dizbioz toksinləri(göbələk, parazitlər və.


Beləliklə, bütün bunlar ekzo-endogen toksinlər kimi orqanizmdə depolaşaraq, daxili mühitin çirklənməsilə nəticələnir.

 

Deməli, insan toksiki yüklənmədən xəstələnir. Bu zaman, toksiki yüklənmə ilk növbədə daxili mühitin PH-na təsir edərək, turş mühitin artmasına, asidozun yaranmasına səbəb olur, tənzimləmədə blokada yaranır:


• Mikroelement catışmazlığı


• Asidoz


• Endobiotik yüklənmə


• Ölü dişlər


• qeyri steroidlər,steroidlər,konservantlar


Xəstəlik orqanizmin tənzimləmə qabiliyyətinin pozulmasının ifadəsidir. Bu proseslər, orqanizmin drenaj orqanlarının işini pozaraq, heptobiliar, sidik-ifrazat, mədə-bağırsaq, limfatik sistemlərdəki potoloji proseslərə təkan alaraq, kompensator mexanizmlərin işini pozur, müxtəlif xəstəliklərin formalaşmasına, eləcə də, onların xronikiləşməsinə gətirib çıxarır. 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat