Sabunçu Tibb Mərkəzinin həkim-radioloqu mükafata layiq görülüb
11.03.2025 08:40

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbər şəxsi ilə görüş keçirib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, görüşdə mərkəzdə göstərilən tibbi xidmətin yüksək səviyyədə olmasından, tibbi personalın xəstələrə həssas yanaşmasından söz açılıb. Bununla da qazi və veteranlara göstərilən diqqət və qayğı yüksək dəyərləndirilib. Həmçinin yaradılan şəraitə görə Sabunçu Tibb Mərkəzinin rəhbər və tibb heyətinə olan minnətdarlıqları diqqətə çatdırılıb.

 

Sabunçu Tibb Mərkəzinin Şüa diaqnostika şöbəsinin həkim-radioloqu Rəşad Mirzəliyev müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif edilib.

 

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib