Təcili tibbi yardım əməkdaşı ciu-citsu idman növü üzrə Avropa çempionatında gümüş medal qazanıb  
07.06.2024 15:31
Almaniyanın Geilenkirchen şəhərində 35 ölkənin iştirakı ilə keçirilən ciu-citsu idman növü üzrə Avropa çempianatında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım əməkdaşı Emil Qurbanov ikinci yer tutub.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, o, 69 kq-a qədər Nevaza kateqoriyasında gümüş medal qazanıb.
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov Dünya və Avropa çempionu olan Emil Qurbanovla görüşüb. Səmimi görüş çərçivəsində Emil Qurbanovun ciu-citsu idman növü üzrə bu günə qədər əldə etdiyi nailiyyətlərindən söhbət açılıb. Mərkəzin direktoru E.Qurbanovu əldə etdiyi uğur münasibətilə təbrik edib.
 
Qeyd edək ki, E.Qurbanov ciu-citsu idman növü üzrə İtaliya, Portuqaliya, Fransa və İspaniyada keçirilən yarışlarda 4 dəfə Dünya çempionu, Macarıstan, Rumıniya və İsraildə keçirilən yarışlarda isə 3 dəfə Avropa çempionu olub. O, 1996-cı ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçisidir. 2016-cı ildə isə ciu-citsu idman növü üzrə "Azərbaycan Respublikasının İdman Ustası" dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ildə ciu-citsu idman növü üzrə Prezident mükafatına layiq görülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır