“Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) yaşıl dünya və insan sağlamlığı” adlı konfrans keçiriləcək  
17.04.2024 11:08

3-5 iyun 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

Bu məlumat Aztibb.az-a AMEA-dan verilib.

 

Konfransın istiqamətləri:

- Naxçıvan  MR-in bioloji müxtəlifliyinin  müasir vəziyyəti  və istifadə imkanları;

- Quraq ərazilərdə biomüxtəlifliyin qorunması və davamlı istifadəsi;

- Otlaq və biçənəklərin bərpasında mövcud yanaşmalar, sistemli otarılma  və bəslənmə;

- Flora və faunanın şəhərlərə qaytarılması və onların qeyri-rəsmi öyrənmə imkanlarının genişləndirilməsi;

- Yaşıl yaşayış üçün arid torpaqların biomüxtəlifliyinin qorunması və istifadəsi;

- Faydalı bitkilərin öyrənilməsi,  xalq təbabəti və etnobotanikanın səmərəli istifadəsi;

- Dərman, aromatik və qida bitkilərinin biokimyası, biotexnologiyası və bioloji fəal maddələr;

- Soyuq qış yarımsəhralarında biomüxtəliflik və ekosistem xidmətləri;

- İntroduksiya və faydalı bitkilərin becərilməsinin sənaye əhəmiyyəti;

- Quraq torpaqlarda biomüxtəlifliyin qorunması ilə bağlı problemlər və həllər;

- Vətəndaş elmi vasitəsilə əkin sahələrinin biomüxtəlifliyinin monitorinqi.

 

Konfransa materiallar Azərbaycan, rus və ingilis dilində təqdim oluna bilər. 

 

Tezislərin tərtibat qaydaları və tələblər:

Mətn A4 formatında (210x297 mm), MS Word proqramında, Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü -12; sətirlərarası interval – 1; kənardan məsafələr: hər tərəfdən – 2 sm); Mətnin ümumi həcmi 1 səhifəni keçməməlidir; Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir; Tezisin adı ortadan böyük hərflərlə qalın şriftlə (Bold), hər növbəti sətirdən: müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı və ünvanı, ölkənin adı; korrespondent müəllifin e-ünvanı; mobil əlaqə nömrəsi qeyd olunmalıdır; Əsas mətn yeni abzasdan (abzas-1 sm) adi şriftlə başlanır. Tezislər elektron və çap formatlarında toplu şəkildə nəşr olunacaq.  

 

Redaksiya heyəti tərəfindən seçilmiş tezislərin məqalələri Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi tərəfindən nəşr olunan "Azerbaijan Journal of Botany" jurnalında (jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil edilmişdir və məqalələr DOI ilə təmin olunur) dərc ediləcəkdir. Qaydalarla Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin internet saytından https://www.botanysociety.com.az tanış ola bilərsiniz.

 

Konfransda iştirak etmək üçün qeydiyyat vərəqi 15 may 2024-cü il tarixinə, konfrans materialları 1 iyun 2024-cü il tarixinə qədər təşkilat komitəsinin elektron poçtuna (nakhchivan100@gmail.com) əlavə qoşma faylla göndərilməlidir:

 

Əlaqə məlumatları: Nigar Mürsəl qızı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun elmi katibi b.ü.f.d. E-mail: nigar_mursal@yahoo.com

Tel.: (+994 12) 502 44 80

 

Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Badamdar şossesi 40, Bakı, Azərbaycan, AZ 1004 və Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi, Naxçıvan Azərbaycan, AZ7012

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
 Şirvanda 18 yaşlı pasiyent üzərində exinokokk sistinin xaric edilməsi əməliyyatı uğurla icra olunub