Respirator virus infeksiyalarından necə qorunaq?
16.02.2024 11:03
Respirator xəstəlik, əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və intoksikasiya ilə səciyyələnən, simptomları və klinik gedişatı oxşar olan bir neçə infeksiyanın törətdiyi xəstəliklərin ümumi adıdır. Respirator xəstəliklərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriyalar və ibtidailər tərəfindən də törədilə bilər. Bütün respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri isə demək olar ki, eynidir.
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva məlumat verib.
Onun sözlərinə görə, respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur. Qrip törədicilərinin genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir.
Yaşı 65-dən yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslərin yüksək risk qrupuna aid edildiyini vurğulayan N.Mustafayeva bildirib ki, bu kimi xəstəliklərdə peyvəndlənmə əhəmiyyətlidir:
“Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılır. Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir.”
Şəxsi gigiyenaya riayət olunmasından bəhs edən şöbə müdiri qeyd edib ki, gigiyenaya riayət olunması da profilaktik metod hesab olunur. Əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, çox insan sıxlığı olan yerlərdən uzaq durmaq, xəstə şəxslərin ev və şəxsi əşyalarını dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s. bura aid etmək olar.
N.Mustafayeva əlavə edib ki, xəstəliklərin dünyadakı tendensiyasına nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük, əsasən, simptomatik terapiyaya verilir.
Şöbə müdirinin sözlərinə görə, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Uşaqların erkən yaşda peyvənd olunması niyə vacibdir?
23.10.2026 | 11:11
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

