Valideynlərə “süni intellekt” xəbərdarlığı: Uşaqlara qadağa qoymayın!
06.02.2024 15:04

Süni intellekt uşaqların oyun yoldaşına çevrildiyindən ailələr uşaqları üçün narahat olmağa başlayıblar. Valideynlər uşaqlarına bəzi qadağalar qoysa da, klinik psixoloq Özgün Ergin buna qarşıdır: “Hər texnoloji inkişafın təhlükələri və imkanları var. Bizim onlara qadağa qoymağımız mümkün deyil. Əksinə, biz bu texnologiyadan necə faydalı istifadə edə bilərik deyə düşünməliyik”.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, psixoloq süni intellektin günümüzün reallığı olduğunu, geniş yayılmağa başladığını, ailələrin süni intellektə narahatlıq və təşvişlə yanaşmaq əvəzinə şüurlu və məlumatlı yanaşması lazım olduğunu bildirib.

Bilmək lazımdır ki, bu günün reallığıdır

Uşaqları tamamilə buraxmaqdansa, onlara bir az nəzarət edilməlidir. Qadağanedici bir rəftar etmək əvəzinə, günümüzün reallığı olduğunu bilərək hərəkət etməliyik. Əvvəllər televiziya və ya digər texnologiyaların zərərlərindən danışılırdısa, bu gün süni intellektin zərərlərindən danışılır. Süni intellektin nə olduğu, necə işlədiyi və bütün məlumatlara etibar edilməməsi bilinməli və sorğulanmalıdır. Hər bir texnoloji inkişafın bəzi təhlükələri və imkanları var.

Əsas bələdçi biz olmalıyıq

Əgər öz işimizi görmək üçün övladımızı saatlarla televizorun qarşısında qoymamalıyıqsa, süni intellekt olan oyuncaq üçün də eyni şey olmalıdır. Biz onları müşahidə etməliyik, onların nəyə məruz qaldığını bilməliyik. Biz əsl bələdçi olmalıyıq. Əlbəttə, təhlükələr var, lakin bu təhlükələr sağlamlıq və təhlükəsizlik baxımından aradan qaldırıla bilər.

Texnologiyadan düzgün istifadə edilməlidir

Mütəxəssis bildirib ki, 10 il əvvəl valideynlərə “uşaqlarınızı izləmək üçün onlara çip taxılmasını istərdinizmi?” sualı verilsəydi, hamı yox deyəcəkdi. Bununla belə, bu gün bir çox məktəb yaşlı uşaqların biləklərində ağıllı saatlar olduğunu və valideynlərin bu saatlardan uşaqlarını izləmək, onlara anında çatmaq, hətta içində olduqları mühiti dinləmək üçün istifadə edə biləcəyini görürük.

“Planşetlərdə və oyuncaqlarda süni intellekt var. Süni intellekt deyildikdə ağıla təkcə robotlar gəlməməlidir. İstifadə etdiyimiz bir çox texnoloji alətlərdə mövcuddur və inkişaf etdirilməyə davam edir. Bu səbəbdən də övladımızın dil inkişafında, təhsilinə dəstəkdə və bir çox digər sahələrdə süni intellektin faydasını görəcəyik”, –psixoloq bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev