Onurğa sınıqları üçün xüsusi sement müalicəsi tətbiq edilir
11.11.2023 15:43

İnsan bədənini ayaqda saxlayan onurğanın sağlamlığı çox vacibdir. Onurğa sınıqları sınığın yerindən və səviyyəsindən asılı olaraq müxtəlif üsullarla müalicə olunur.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, açıq cərrahiyyədən daha asan variant olan “sementləmə” üsulu onlardan biridir.


Yol-nəqliyyat hadisəsi, hündürlükdən yıxılma və ya osteoporoz səbəbindən onurğada bir çox formalı sınıqlar yarana bilər. İnsan bədənini ayaqda saxlayan onurğada meydana gələn hər bir sınıq böyük əhəmiyyət kəsb edir. Çünki vaxtında və lazımi şəkildə müalicəsi mümkün olmayan sınıqlar qalıcı ziyana səbəb olur.


Bu gün onurğa sınıqlarını müalicə etmək üçün bir çox üsul var. Müalicə prosesi xəstənin yaşına, sınığın formasına və yerinə uyğun olaraq formalaşdırılır. Bəzi sınıqlar korsetin köməyi ilə zamanla spontan sağalarkən, bəzilərində də əməliyyat qaçılmazdır.


Son illərdə uzun və çətin sağalma prosesinə səbəb olan açıq cərrahiyyə yerinə “sementləmə” üsuluna üstünlük verilir. Bu üsul xəstələrə bir çox üstünlüklər verir. Marmara Universitetindən Dr. Yahya Güvenç sözügedən müalicə üsulu ilə bağlı fikirlərini bölüşüb:


“Onurğa sınıqlarının sementlənməsi kimi tanınan üsul birdən çox şəkildə həyata keçirilir. Müalicə üsulu sınığın səviyyəsi ilə müəyyən edilir. Bu üsul tibb ədəbiyyatında vertebroplastika və kifoplastika adı ilə tanınınır. Onurğa sınıqlarının sementlənməsi üsulu xüsusilə son illərdə geniş yayılıb”.


Dr. Güvenç bunun səbəbini belə izah edib:


“Son illərdə açıq cərrahi əməliyyatlar kiçik kəsiklər vasitəsilə əməliyyatların aparılması üsulları ilə əvəz olunmağa başlayıb ki, bu da minimal invaziv cərrahiyyə adlanır. Texnologiya inkişaf etdikcə qapalı üsullardan daha çox istifadə olunmağa başladı”.


Həkim qeyd edib ki, onurğa sınıqlarının bir çox növləri var. Müalicə üsulu sınığın yerindən, vurduğu zərərdən və dərəcəsindən asılı olaraq dəyişir.


Bəs onurğa sınıqlarına sementləmə üsulu necə tətbiq edilir?


"Bu prosedur xəstəyə yalnız lokal anesteziya verilməklə həyata keçirilir" deyən Dr. Güvenç ətraflı belə izah edib:


“Biz sınmış onurğaya təxminən 1 santimetrlik kəsikdən iynə ilə girərək çatırıq. O zaman flüoroskopiya adlı cihazla onurğanın rentgenini çəkirik. İynənin daxil olduğu yerdən nazik bir boru keçirik. Sonra həmin boru ilə onurğa beynini zədələmədən qırılan onurğaya daxil oluruq. Kifoplastika kateterinin balonunu sınıq onurğaya keçiririk və maye verərək onu sınıq onurğanın içərisinə şişirdirik. Beləliklə, qırılan vertebraya qədər hündürlüyü bərpa edirik. Balon şişdikdən sonra onu çıxarırıq. Sonra eyni borunu xalq arasında "sümük sementi" adlandırılan sement materialı ilə doldururuq. Təxminən 5-7 dəqiqə ərzində sement sərtləşir və möhkəm sümük konsistensiyasını əmələ gətirir. İstədiyiniz həcmə doldurulduqdan sonra borunu oradan çıxarırıq”.


Onurğa sınıqlarının müalicəsində istifadə olunan material kimyəvi maddə olsa da, bioloji cəhətdən insan orqanizminə uyğundur.


Həkim əlavə edib ki, oxşar maddə uzun illərdir diş plombları üçün də istifadə olunur.


Orta yaş qrupunda bu proseduru keçirən xəstələr təxminən 2-3 həftə ərzində dərhal gündəlik həyatlarına dönə bilirlər. Açıq cərrahiyyədə bu, təxminən 4-8 həftə çəkir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev