Smartfonlarda süni intellekt və səs texnologiyası ilə şəkərli diabet 10 saniyəyə müəyyən edilə bilər
30.10.2023 15:37

Araşdırma zamanı məlum olub ki, smartfonlarda səs texnologiyasını süni intellektlə birləşdirən yeni üsulla "diabet"i 10 saniyəyə müəyyən etmək olar.


Aztibb.az “Mayo Clinic Proceedings” elmi jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir ki, proqram həlləri üzərində işləyən tədqiqatçıların inkişaf etdirdiyi yeni üsulla, smartfonda çəkilmiş 6-10 saniyəlik səs yazısı ilə diabet diaqnozunun qoyula biləcəyi müəyyən edilib.


Buna uyğun olaraq, 267 nəfərdən 2 həftə ərzində gündə 6 dəfə 6-10 saniyəlik səsli mesaj yazmaq istənilərkən, iştirakçıların boy, çəki, cinsiyyət, 2-ci tip şəkər xəstəliyinin olub-olmadığını müəyyən edə bilən süni intellekt modeli hazırlanıb.


Tədqiqatçılar 18.000-dən çox səs yazısından 14 səs xüsusiyyətlərini təhlil edərək 2-ci tip diabet xəstələrini digərlərindən fərqləndiriblər.


Onlar insan qulağının qəbul edə bilməyəcəyi bir sıra səs xüsusiyyətlərini araşdırıb və bu səslərdəki siqnalları emal edərək səsdə 2-ci tip xəstəliyin yaratdığı dəyişiklikləri aşkar ediblər.


Sözügedən süni intellekt modelinin doğru diaqnoz nisbəti qadınlarda yüzdə 89, kişilərdə isə yüzdə 86 olaraq ölçülüb.


“Səs texnologiyası bu maneələri tamamilə aradan qaldırmaq potensialına malikdir”.


Tədqiqatın aparıcı müəllifi Jaycee Kaufman, araşdırmanın 2-ci tip xəstəliyi olan və olmayan fərdlər arasında əhəmiyyətli səs fərqlərinə diqqət çəkdiyini və diabetin yoxlanılması metodunu təkmilləşdirə biləcəyini vurğulayıb.


Mövcud skan üsullarının çox vaxt tələb etdiyinə və baha başa gəldiyinə diqqət çəkən Kaufmann, "Səs texnologiyasının bu maneələri tamamilə aradan qaldırma potensialı var" deyib.


Beynəlxalq Diabet Federasiyası bildirib ki, bu xəstəliklə yaşayan demək olar ki, hər 2 nəfərdən biri, yəni təxminən 240 milyon insan diabet xəstəliyindən xəbərsizdir və halların təxminən 90 faizi 2-ci tipdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev