“Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda konfransa məqalə qəbulu davam edir
22.09.2023 13:01

15-16 sentyabr 2023-cü il tarixlərində Bakı şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

 

AMEA-dan Aztibb.az-a verilən məlumata görə, konfransın istiqamətləri aşağıdakılardır:

  1. Görmənin neyrofiziologiyası
  2. Görmənin patoloji və klinik biokimyası
  3. Görmə patologiyasının molekulyar mexanizmləri
  4. Görmə və ətraf mühit faktorları
  5. Görmə sistemi və neyrodegenerativ proseslər
  6. Herontoloji oftalmologiya
  7. Oftalmofarmakologiya
  8. Neyron şəbəkələri. Görmə siqnalının prosessingi. Görmə persepsiyasının mexanizmləri
  9. Neyroikonika
  10. Peşə patologiyaları. Görmənin peşə patologiyası
  11. Göz xəstəliklərinin yeni diaqnostik və korreksiya üsulları
  12. Peşə patologiyaların tarixi və müasir epidemiologiyası
  13. Peşə patologiyalarının profilaktikası
  14. Peşə patologiyalarının müasir diaqnostika və müalicə üsulları
  15. Koqnitiv elmlər və neyrotexnologiyalar

 

Konfransın dili: Azərbaycan, rus və ingilis dilləri

 

Məktubun mövzu yerində “Görmənin fiziologiyası və peşə patologiyaları” sözlərinin yazılması tələb olunur.

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

 

Tezisin mətni:

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla, ən çoxu 2 səhifə həcmində olmalıdır.

Abzaslar (1 sm) arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan baş hərfləri böyük olmaqla BOLD (qara) şriftlə tezisin məliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra növbəti sətirin əvvəlindən italik (kursiv) şrifti ilə hər müəllifin iş yeri, bir sətir aşağıda korrespondent müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Ədəbiyyat siyahısı verilmir.

 

Vacib qeydlər:

- Tezislər orijinal tədqiqat işinin nəticələrini əhatə etməlidir.

- Qaydalara uyğun hazırlanmayan (nümunəyə bax), internet materiallarından ibarət olan, redaktə edilməmiş tezislər qəbul olunmayacaq və nəşr edilməyəcəkdir.

- Tezislər konfransda mütləq ya canlı, ya da poster formasında təqdim edilməlidir.

- Tezisin altında konfransda təqdimatla çıxış edəcək həmmüəllif göstərilir.

- Tezislərin qəbulu üçün son tarix – 5 sentyabr 2023-cü ildir. Nümunə ilə buradan tanış ola bilərsiniz.

 

Məqalələr bu e-mail ünvana göndərilməlidir: konfransbteb@gmail.com

 

  1. Konfrans materiallarının yığılmasına məsul şəxs –Abbasova Müşgünaz Tahir qızı, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Radiasiya fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent.   

Tel.: (+994 50) 683 10 93, E-mail: biokimya_65@mail.ru

 

  1. Digər məsələlər üzrə məsul şəxs – Quliyeva Bahar Sücəddin qızı, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Elmi innovasiya şöbəsinin baş mütəxəssisi.

Tel.: (+994 50) 490 66 02,   E-mail: quliyevab.s@gmail.com

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
Qastrit və xora zamanı necə qidalanmalı?
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Ümumdünya Sağlamlıq Günü çərçivəsində tədbir: “Sağlamlıq naminə birləşək. Elm ilə irəliləyək”   
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi