İnsulin dirənci nədir? Endokrinoloq risk faktorlarını sadalayıb
31.08.2023 13:18

İnsulin dirənci orqanizmin hüceyrə səviyyəsində insulinə qarşı həssaslığın (tolerantlığın) pozulmasıdır. Bütün hüceyrələrin əsas qida maddəsi olan qlükoza insulinin təsiri nəticəsində hüceyrələrə daxil olur və mənimsənilir.


Aztibb.az xəbər verir ki, endokrinoloq Fərhad Burzu bildirib ki, insulinin dirənci zamanı bu mexanizm pozulur yəni hüceyrələrdəki insulin reseptorları həssaslığını itirir və qlükozanın hüceyrə daxilinə keçmə prosesi baş vermir nəticədə orqanizm davamlı aclıq halında olur.


Həkim qeyd edib ki, qlükozanın istifadə edilə bilməməsi və qanda miqdarının artması nəticəsində mədəaltı vəz qlükozanın hüceyrələrə daxil olmasına kömək etmək üçün daha çox insulin istehsal edir.


Endokrinoloq kimlərdə insulin dirəncinin inkişaf etmə ehtimalının daha çox olduğunu bildirib: "İnsulin dirəncinin yaranma ehtimalı əsasən genetik yolla baş verir, eyni zamanda oturaq həyat tərzi keçirən insanlarda da çox rastlanılır".


Mütəxəsssis qeyd olunan mexanizmin pozulmasına səbəb bir sıra risk faktorlarını sadalayıb:


- artıq çəki və ya piylənmə;
- 45 yaş və yuxarı;
- diabeti olan birinci dərəcəli qohumlar (ata, ana və s.)
- yüksək arterial təzyiq və xolesterol səviyyələri;
- fiziki fəaliyyətsizlik;
- hestational diabet (hamiləlik diabeti);
- ürək xəstəliyi;
- polikistik yumurtalıq sindromu (PCOS);


Həkim vurğulayıb ki, irsiyyət, yaş kimi risk faktorlarını dəyişdirə bilməsək də, qidalanma, fiziki fəaliyyət və artıq çəki kimi bəzi həyat tərzinə bağlı risk faktorlarını dəyişə bilərik.


"Düzənli həyat tərzi dəyişiklikləri ilə insulin dirənci inkişafının qarşısını ala bilərik. Unutmamaq lazımdır ki, insulin rezistentliyinin ağırlaşması olaraq diabet olmadan tədbir görülməsi çox vacibdir", - deyə həkim yekunlaşdırıb.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub