Dərman istehsalının artması özü ilə bir sıra problemləri də çoxaldıb
15.08.2023 12:12

Dünyanın əksər ölkələrində dərman təhlükəsizliyi ilə bağlı artıq ciddi problemlər var. Bəzi köhnə marka dərmanların təkrar istehsalının genişləndirilməsi mövzu olaraq aktullaşır. Məsələn, 126 il əvvəl kəşf edilən aspirin dərmanın sənayeləşməsinə başlanılacaq.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, istehsalın artması əlçatanlığın asanlığına xidmət edəcək.


Son 10 ildə dünyada dərmandan istifadə 36 faiz artıb. 2018-ci ildə dərman satışının 40 faizi ABŞ, 11 faizi Çin və 7 faizi Yaponiyanın payına düşüb.


2022-ci ildə dünya əczaçılıq bazarının həcmi 1,5 trilyon dollara çatıb. Dərman istehsalının çoxalması özü ilə bir çox problemləri də çoxaldıb.


Akademik Şule Apikoğlu belə bir nümunəni paylaşıb: "Məsələn, bir almanı götürək, almanın həm makro, həm də mikroelementlər baxımından 1950-ci illərdəki tərkibinə baxdığınızda, 1950-ci illərdəki məzmuna görə yüzdə 38 dəyişib. Bunu düşündükdə dərman bitkiləri üçün də hal-hazırda əvvəlllər deyilən məzmun yoxdur. Bunun üçün xüsusi yetişdirilmə metodlarının tətbiq edilməsi lazımdır ki, dozalar o zamanki dozalar olsun”.


Digər bir problem isə dərmanın düzgün istifadə edilməməsidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dərmanların 50 faizi düzgün istifadə olunmur.


"Yan təsir dərmanla bağlı problem dediyimiz şeylərdən sadəcə biridir. Məsələn, dərmanların ehtiyac olmadan istifadəsi, bu, təkcə xəstənin səhvi deyil, həkim tərəfindən təyin olunmuş da ola bilər. Yan təsirlər, qarşılıqlı təsirlər, aşağı doza, yüksək doza, bütün bunlar dərmanla bağlı problemlərdir.", deyə alim qeyd edib.


Əczaçılıq məhsullarının gələcəyini təyin edən amil texnologiyadan da asılıdır. Ağıllı dərmanlar bir çox sahələrdə, xüsusən də xərçəngdə sürətlə yayılmaqdadır. Yaxın 5 ildə onkoloji, şəkərli diabet, yoluxucu xəstəliklər, ürək və tənəffüs yolları xəstəliklərinin müalicəsində ağıllı dərmanların payının artacağı proqnozlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub