AMEA-da “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” adlı konfrans keçiriləcək
13.07.2023 15:37

15-16 sentyabr 2023-cü il tarixlərində Bakı şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

 

Bu barədə Aztibb.az-a AMEA-dan xəbər verilib.

 

Konfransın istiqamətləri:

  1. Görmənin neyrofiziologiyası
  2. Görmənin patoloji və klinik biokimyası
  3. Görmə patologiyasının molekulyar mexanizmləri
  4. Görmə və ətraf mühit faktorları
  5. Görmə sistemi və neyrodegenerativ proseslər
  6. Herontoloji oftalmologiya
  7. Oftalmofarmakologiya
  8. Neyron şəbəkələri. Görmə siqnalının prosessingi. Görmə persepsiyasının mexanizmləri
  9. Neyroikonika
  10. Peşə patologiyaları. Görmənin peşə patologiyası
  11. Göz xəstəliklərinin yeni diaqnostik və korreksiya üsulları
  12. Peşə patologiyaların tarixi və müasir epidemiologiyası
  13. Peşə patologiyalarının profilaktikası
  14. Peşə patologiyalarının müasir diaqnostika və müalicə üsulları
  15. Koqnitiv elmlər və neyrotexnologiyalar

 

Konfransın dili: Azərbaycan, rus və ingilis dilləri

 

Məktubun mövzu yerində “Görmənin fiziologiyası və peşə patologiyaları” sözlərinin yazılması tələb olunur.

 

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

 

Tezisin mətni:

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla, ən çoxu 2 səhifə həcmində olmalıdır.

Abzaslar (1 sm) arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan baş hərfləri böyük olmaqla BOLD (qara) şriftlə tezisin məliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra növbəti sətirin əvvəlindən italik (kursiv) şrifti ilə hər müəllifin iş yeri, bir sətir aşağıda korrespondent müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Ədəbiyyat siyahısı verilmir.

 

Vacib qeydlər:

- Tezislər orijinal tədqiqat işinin nəticələrini əhatə etməlidir.

- Qaydalara uyğun hazırlanmayan (nümunəyə bax), internet materiallarından ibarət olan, redaktə edilməmiş tezislər qəbul olunmayacaq və nəşr edilməyəcəkdir.

- Tezislər konfransda mütləq ya canlı, ya da poster formasında təqdim edilməlidir.

- Tezisin altında konfransda təqdimatla çıxış edəcək həmmüəllif göstərilir.

- Tezislərin qəbulu üçün son tarix – 5 sentyabr 2023-cü ildir. Nümunə ilə buradan tanış ola bilərsiniz.

 

Məqalələr bu e-mail ünvana göndərilməlidir: konfransbteb@gmail.com

 

  1. Konfrans materiallarının yığılmasına məsul şəxs –Abbasova Müşgünaz Tahir qızı, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Radiasiya fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent.   

Tel.: (+994 50) 683 10 93, E-mail: biokimya_65@mail.ru

  1. Digər məsələlər üzrə məsul şəxs – Quliyeva Bahar Sücəddin qızı, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Elmi innovasiya şöbəsinin baş mütəxəssisi.

Tel.: (+994 50) 490 66 02,   E-mail: quliyevab.s@gmail.com

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar