Qurbanlıq zamanı keçə biləcək xəstəliklər – Nə etməli?
28.06.2023 11:50

Qurban bayramında kəsdiyimiz qurbanların sağlam olması sağlamlığımızı qorumaq üçün çox önəmlidir. Bu səbəbdən seçiləcək qurbanlıq və kəsim zamanı keçə biləcək xəstəliklərə diqqət yetirmək lazımdır.

Aztibb.az xəbər verir ki, mikrobiologiya mütəxəssisi Dr. Ramazan Gözüçukla instaqarmada səhifəsində bununla bağlı məlumat paylaşıb.

Qurban ətindən keçə bilən bəzi xəstəliklər:

Qarayara: Ev heyvanlarından (inək, qoyun, keçi və s.) insanlara birbaşa təmas və ya heyvan mənşəli məhsullarla keçən ümumi zoonozdur. Bu, adətən yoluxmuş heyvanların məhsulları və ya torpaqda olan qarayara sporları dəridəki açıq yaralar vasitəsilə dəri ilə təmasda olduqda baş verir. Müalicə olunmayan infeksiyalar regional limfa düyünlərinə və qan dövranına yayılaraq ölümlə nəticələnə bilər.

Salmonellyoz: Salmonellaların yaratdığı infeksiyalara demək olar ki, bütün dünyada rast gəlinir. İnfeksiya çirklənmiş qida və su (xüsusilə qarışıq çirkab suları) istehlak etməklə ötürülür. Xəstəlik zəiflik, baş ağrısı və qızdırma ilə özünü göstərir.

Toksoplazmoz: İnsana parazitin kistaları olan çiy və ya az bişmiş ətin qəbulu və yoluxmuş pişik nəcisi ilə ifraz olunan kistaların çirklənmiş su və qida ilə qəbulu ilə ötürülür. Pişiklər infeksiyanın əsas mənbəyidir. Limfa düyünlərini böyüdə bilər. Əgər ana hamiləlik zamanı ilk dəfə yoluxmuş olarsa, parazit körpəyə keçə bilər.

Brusellyoz: Heyvanların (inək, qoyun, keçi və s.) qanı, döl və ya uşaqlıq yolu ilə bilavasitə təmasda olması və ya yoluxmuş çiy heyvan mənşəli məhsulların (xüsusilə təzə pendir, süd və süd məhsulları) qəbulu ilə yoluxan xəstəlikdir. Kəskin başlayan qızdırma, yorğunluq, iştahsızlıq, arıqlama, baş ağrısı, xüsusilə gecələr güclü tərləmə, bədəndə geniş yayılmış əzələ və oynaq ağrıları ilə özünü göstərir.

Vərəm: Vərəm adətən hava yolu ilə birbaşa insandan insana ötürülür. Bütün vərəm hallarının 80-90%-i ağciyərlərdə olur. Xəstəliyə zəiflik, yorğunluq, arıqlama, uşaqlarda çəki artımında fasilə, qızdırma və gecə tərləmələri ilə uzun müddət davam edən öskürək, qanlı və ya qansız bəlğəm, sinə və ya bel ağrısı, nəfəs darlığı ola bilər.

Bəzi sadə qaydalarla bu xəstəliklərin qarşısını almaq olar. Xüsusilə Qurban bayramı zamanı çoxlu sayda heyvanın kəsimdən əvvəl və sonra lazımi nəzarət və gigiyena qaydalarına diqqət yetirilməməsi, kəsilən heyvanların ətinin istehlakında bir çox zoonoz xəstəliklərin yayılmasına yol açır.

Ət heç vaxt çiy və ya az bişmiş halda istehlak edilməməlidir. Ətin daşınması, saxlanması, bişirilməsi və istehlaka təqdim edilməsi mərhələlərində şəxsi gigiyena qaydalarına laqeyd yanaşılmamalıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub