28  yaşlı qız yeni antibiotik sinfi yaratmağa müvəffəq olub
11.04.2023 16:30

28 yaşlı Kirsti Smitten milyonlarla insanın həyatını xilas edəcək və tibbi fəlakətin qarşısını ala biləcək ixtiraya görə Nobel mükafatı almağı hədəfləyir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, gənc qız yeni antibiotik sinfi yaratmağa nail olub. Bununla da o, bakteriya, virus, göbələk və parazitlərin zamanla təkamülə uğradığı və Ümumdünya Səhiyyə Təşkilatının "qlobal sağlamlıq üçün ən böyük təhlükələrdən biri" adlandırdığı dərmanlara cavab vermədiyi antimikrob müqavimətə qarşı mübarizəni reallaşdırıb.

 

Kimya üzrə fəlsəfə doktoru olan və adı 2020-ci ildə elm və səhiyyə sahəsində Forbes jurnalında nüfuzlu araşdırmaçılar siyahısına daxil edilən Kirsti Smitten Şeffild Universitetində PhD məsləhətçisinin dəstəyi ilə dərmanlara davamlı olan pnevmoniya və meningit də daxil olmaqla bakterial infeksiyaları müalicə etmək üçün iki antibiotik birləşmə hazırlayıb. Antibiotik birləşmələrin heyvanlar üzərində sınaqlarından sonra növbəti mərhələsi xəstəxanada əldə edilən pnevmoniyadan başlayaraq insanlar üzərində olacaq.

 

MRSA kimi dərmana davamlı bakteriyalar artıq hər il bir milyondan çox insanın ölümünə səbəb olur və bunun 2050-ci ilə qədər on milyona yüksələcəyi proqnozlaşdırılır.

 

Hazırda Kirsti Smittenə ürək xərçəngi diaqnozu qoyulub. O, əgər şişi çıxarmaq üçün lazım olan əməliyyatı seçsə, qanaxmadan ölüm riski var. Əməliyyatdan sağ çıxdığı halda isə ən çox bir neçə il yaşaya biləcək. Sınaqların effektiv olduğu sübut olunarsa, Kirsti müalicənin 2030-cu ilə qədər lisenziyalaşdırılacağına ümid edir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır