Xaya burulması diaqnozunun gecikməsi nə ilə nəticələnə bilər?
09.01.2023 16:24
Kişilərdə və uşaqlarda xaya burulması diaqnozunun gecikməsi xayanın əməliyyatla tam götürülməsinə səbəb ola bilər. Ev şəraitində xaya burulmasını qismən də olsa bilmək mümkündür.
Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat verib.
Həkim bildirib ki, xaya burulması toxum ciyəsinin ətrafında dönməsi nəticəsində xayanın qanlanmasının pozulması və xayanın işemiyası ilə nəticələnən və təcili həkimə müraciət olunmalı vəziyyətdir. Ümumiyyətlə, xayada yaranan bütün ağrılar təcilidir və diqqət tələb edir. Doğumdan 60 yaşa kimi hər yaşda rast gəlinir. Lakin əsasən 20 yaşdan əvvəl (daha çox 14 yaşında) meydana gəlir və anidən kəskin ağrı ilə özünü büruzə verir.20 yaşdan yuxarı isə 10% rast gəlinir.
Onun sözlərinə görə, böyüklərdə xaya burulması zamanı xayanı xilas etmək uşaqlara nisbətən daha çətindir. Təəssüf ki, xayanın çıxarılma səbəblərindən biri də diaqnozun gec qoyulmasıdır. Xaya götürülmüş kişilərdə, xüsusilə yeniyetmələrdə psixoloji pozğunluqlar ola bilər. Buna görə də əməliyyatı icra edən uroloqunuzla məsləhətləşərək protez istifadə edilməsi, həmçinin psixoloq dəstəyi məqsədəuyğundur.
"Burulma başladıqdan 4 saat müddətində qan təchizatı getdikcə zəiflədiyindən, xaya parenximasında zədələnmə başlayır. Bəzən uroloqun fiziki müayinəsində burulma düşünülsə də, ultrasəs müayinəsindəki hidrosel (xaya kisəsinə normadan artıq su yığılması) və xayadakı şişmə kimi əlamətlər diaqnozun istiqamətini dəyişdirir. Xəstə mütləq doppler müayinə olunmalıdır", - deyə radioloq bildirib.
Şəbnəm Topbaştekin qeyd edib ki, diaqnoz 4-6 saat müddətində qoyularsa xaya əməliyyatı daha uğurlu olur. Burulmadan 12 saat sonra burulmuş xayada 20% canlı toxuma tapıla bilər. 24 saat sonra isə tamamilə canlı toxuma qalmır.
Radioloq bildirib ki, ev şəraitində bəzi əlamətlərə görə nisbətən də olsa burulmanı təyin etmək mümkündür. Bu əlamətlərə xayada qəfil ağrının başlaması, burulan xayanın sərt, həssas və gərgin olması, o biri xayaya nisbətən yuxarıda yerləşməsi daxildir.
Bu bölməyə aid digər xəbərlər
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

