Qabyuyan maşında yuyulmuş qablarda potensial toksik maddələr qalır
04.01.2023 22:11

Yeni araşdırmanın müəllifləri qab yumaq üçün istifadə edilən vasitələrin tərkibindəki bəzi kimyəvi maddələrin təhlükəsiz olmasına şübhə ilə yanaşırlar. Bağırsaq hüceyrələrinin modelləri göstərir ki, orada komponentlərin yüksək dozada olması bağırsağı zədələyə bilər.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, kommersiya təyinatlı qabyuyan maşınlar maksimal səmərə üçün nəzərdə tutulub. Yəni qabın 2 dəqiqə ərzində yuyulması və yaxalanması üçün minimum miqdarda sudan istifadə edilməlidir. Yeni araşdırmanın müəllifləri müəyyən ediblər ki, bu cür qabyuyan maşınlarda yuyulmuş qablarda qalan kimyəvi maddələr insanın bağırsaqlarına mənfi təsir göstərə bilər.

 

Araşdırmanın rəhbəri, Sürix Universitetindəki İsveçrə Allergiya və Astma Tədqiqatları İnstitutunun direktoru Çezmi Akdis deyib: “Bizi narahat edən odur ki, cihazların çoxunda yuyucu vasitə qalıqlarını təmizləmək üçün əlavə yaxalama sikli nəzərdə tutulmayıb. Bu o deməkdir ki, potensial toksik maddələr qabın üzərində qalır və orada quruyur”.

 

Tədqiqatçılar zədələnməyə səbəb olan konkret kimyəvi maddələr üzərində aparılan araşdırma nəticəsində müəyyən ediblər ki, yuyucu və təmizləyici vasitələrdə çox vaxt istifadə edilən alkoqol etoksilatları insan orqanlarına oxşar üçölçülü strukturlar əmələ gətirir və bağırsaqlara mənfi təsir göstərir.

 

Əvvəlki araşdırmalar nəticəsində ekspertlər bu qənaətə gəlmişdilər ki, alkoqol etoksilatları insan hüceyrələri üçün toksik deyil. Yeni tədqiqat isə bu nəticəni şübhə altına alır.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır