Çırpınma, ürəkdöyünmə hər zaman aritmiya demək deyil - Kardioloq Emin Kərimli
19.12.2022 17:18

Aritmiya hər zaman ürəkdöyünmə, çırpınma demək deyil. Çırpınma, ürəkdöyünmə də hər zaman aritmiya demək deyil. Biz qaçarkən, pilləkən qalxarkən, həyəcan keçirərkən, qorxarkən və s. ürək vurğularımızın dəqiqəlik sayı, yəni nəbzimiz qalxır. Belə hallarda nəbzin nə qədər qalxmağı beynimiz vasitəsilə tənzimlənir. Bu zaman biz ürəkdöyüntü, çırpınma, ürək sanki döş qəfəsindən çıxacaqmış kimi hiss edərik. Nəbzin belə yüksəlməsi tam normal bir hadisədir və adətən ürək xəstəlikləri ilə bağlı olmur.

 

Aztibb.az xəbər verir ki, bu bardə kardioloq-aritmoloq Emin Kərimli məlumat verib.

 

Həkim bildirib ki, nəbz həmçinin yüksək hərarət, tiroid xəstəlikləri, qanazlığı və s. zamanı da yüksək ola bilər. Aritmiyalar zamanı isə ürək beynin nəzarətindən çıxır. Nəbz səbəbsiz yüksəlir və ya səbəbsiz enir.

 

"Aritmiyalar zamanı nəbz adətən heç bir səbəb olmadan və gözlənilmədən ani yüksəlir. Ürəkdöyünməsi saniyələrdən tutmuş günlərlə davam edə bilər. Nəbzin düzəlməsi də adətən qəfləti olur. Bəzən isə nəbz öz-özünə düzəlmir, venadaxili dərman vurulmaqla və ya elektrik kardioversiya ilə düzəlir. Bəzən aritmiyalı xəstələrin heç bir şikayəti olmur", deyə E.Kərimli bildirib. 

 

Həkimin sözlərinə görə, aritmiyaların bəziləri həyati təhlükəlidir, bəzilərinin isə təhlükəsi azdır. Hər bir növün müalicəsi də fərqlidir. Dəqiq diaqnoz aritmiya vaxtı çəkilən EKQ ilə qoyulur. Aritmiyaların bəziləri dərman müalicəsinə tabe olsa da, köklü müalicə yolu radiotezlikli ablasiyadır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama