2022-ci ildə Biofizika İnstitutunun alimlərinin nəşrlərinə 281 istinad olunub
12.12.2022 14:26

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının elmi müəssisənin illik hesabatına həsr olunan iclası keçirilib.

 

Aztibb.az-a institutdan bildirilib ki, iclasda AMEA-nın müxbir üzvləri Ramiz Alıquliyev, Səlimə Mehdiyeva, Məsumə Məmmədova, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova, institutun rəhbərliyi, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər.

 

İclası giriş sözü ilə açan Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbir iştirakçılarını salamlayıb və hesabatı təqdim etmək üçün sözü institutun icraçı direktoru b.e.d. Kərim Qasımova verib.

 

Hesabat məruzəsi ilə çıxış edən K.Qasımov cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib.

 

Bildirib ki, 2022-ci ildə institutda “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində 1 problem, 2 mövzu, 5 iş üzrə elmi-tədqiqat işi aparılıb. Cari ildə 8-i xaricdə olmaqla 12 məqalə, 10-u xaricdə olmaqla 18 tezis, 2 elmi populyar nəşr dərc olunub. Məqalələrin 5-i yüksək impakt farktorlu “Web of Science” və “Scopus” bazalarında indeksləşən beynəlxalq jurnallarda dərc edilib. Alimlərimizin nəşrlərinə 281 istinad olunub. Eyni zamanda Türkiyə, ABŞ, İtaliya, Pakistan, İsveçrə, Belarus və Fransadan olan həmkarlarla əməkdaşlıq əlaqələri uğurla davam etdirilərək beynəlxalq səviyyəli tədqiqatlar aparılıb.

 

Hesabat ilində əldə edilmiş mühüm nəticələrdən söz açan alim nəzərə çatdırıb ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Milli Onkologiya Mərkəzi və Bakı Dövlət Universitetindən olan alimlərlə aparılan birgə tədqiqatlar nəticəsində “Glu-Gln-Arg-Pro-Arg pentapetidinin silico-docking” tədqiqatlarında onun xərçəng əleyhinə təsirinin mexanizmi verilib. Göstərilib ki, bu pentapeptid xərçənglə birbaşa əlaqəli olan həm reseptor zülalı epidermal boy faktoru reseptoru (EBFR), həm də qeyri-reseptor FYN zülalı ilə birləşib onları inhibə edə bilirlər. Nativ pentapeptid, həmçinin onların D-izomerləri üçün bu zülallarla birləşmə sabitləri hesablanıb. ADME analizi göstərib ki, bu petidlərin yüksək farmakoloji xüsusiyyətləri var. Layihə üzrə alınan mühüm nəticələr 5.235 impakt faktoruna malik Q1 kvartil kateqoriyalı “Biomolecular Structure and Dynamics” jurnalında dərc edilib. 

 

Daha sonra Fransanın Monpelye Universitetinin mütəxəssisləri ilə birgə qazanılan nailiyyətlərdən danışan Kərim Qasımov qeyd edib ki, müştərək tədqiqatların nəticələri impakt faktoru 6.064 olan Q2 kateqoriyalı “Biomolecules” jurnalında çap olunub.

 

Məruzəçi, həmçinin müəssisədə ixtisaslı kadrların hazırlanması, məktəblillər arasında elmin təbliği və istedadlı gənclərin elmə cəlb olunması istiqamətində atılan məqsədyönlü addımlardan, konsfranslarda iştirakdan, institut əməkdaşlarının qazandıqları respublika və beynəlxalq səviyyəli qrantlardan, kütləvi informasiya vasitələrində nümayiş etdirdikləri elmi-populyar fəaliyyətdən bəhs edib.

 

Hesabat dinləndikdən sonra müzakirəyə çıxarılıb. İnstitutun cari ildəki fəaliyyəti iclasa ekspert qismində dəvət olunmuş AMEA-nın müxbir üzvləri Ramiz Alıquliyev, Səlimə Mehdiyeva, Məsumə Məmmədova, tex.ü.f.d., dos. Rəna Qasımova tərəfindən yüksək qiymətləndirilib. Vurğulanıb ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ən gənc elmi müəssisəsi olmasına baxmayaraq, hesabat ilində institut əməkdaşlarının fəaliyyəti uğurlu olub, burada onkoloji və neyrodegenerativ xəstəliklərin həlli yolunda əhəmiyyətli işlər görülüb.

 

Sonda açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən 3 günlük körpə sağlamlığına qovuşub
Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub