Azərbaycanda qeydiyyatda olan allergiya xəstələrinin sayı açıqlanıb
31.05.2022 09:25

Bronxial astma tənəffüs yollarının iltihabi xəstəliyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklərlə xarakterizə edilir. İltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponenti astma və qeyri-allergik astmadan fərqləndirirlər.

 

Erkən yaşlarda antibiotiklərin uzunmüddətli qəbulu gələcəkdə astmanın yaranmasına səbəb ola bilər. Evdə siqaret çəkilirsə, həmin evdə yaşayanlarda xəstəliyin yaranması riski artır. Mənzildə rütubət varsa, ev tozludursa, astma və allergiya yaranma ehtimalı daha çoxdur.

 

Həkim-allerqoloq Tahirə Pənahova deyib: “Allergiyalar müxtəlif ola bilər: qida, məişət, epidermal, toz allergiyası və s. Həmin allergenlərə qarşı orqanizmdə müxtəlif allergik reaksiyalar - tənəffüs, mədə-bağırsaq traktı, dəri allergik reaksiyaları yarana bilər. Ən çox yayılmış və ən ağır gedişata malik bronxial astma xəstəliyidir”.

 

15-16 yaşına qədər uşaqlarda tez təyin olunan astma xəstəliyini tam olaraq müalicə etmək və ya 30-40 ilə qədər simptomsuz yaşayış təmin etmək mümkündür. Allergiya dedikdə allergen adlandırılan yad cisimlərə immun sisteminin reaksiyası başa düşülür. Allergenlər əsasən iki böyük qrupa bölünür: tənəffüs və qida allergenləri. Tənəffüs allergenləri, yəni tənəffüs orqanları ilə nəfəs alan zaman orqanizmə daxil olan və allergik reaksiya göstərən maddələrdir. Qida allergenləri isə qida qəbulu zamanı yarana bilən allergik reaksiyalardır. Bundan başqa kontakt allergiyası da var. Bu allergenlərlə kontaktda olanda onlara toxunan zaman dəri və selikli qişada özünü göstərir.

 

Səhiyyə Nazirliyinin ötənilki məlumatına əsasən, ölkəmizdə 17 min 517 nəfər allergik xəstəlikdən əziyyət çəkir. Bronxial astma öskürək, fit verən tənəffüs, boğulma, döş qəfəsində olan xırıltılar kimi əlamətlərlə özünü göstərir.

 

Xəstəliyin müalicəsi üçün ilk və ən vacib məqam ona səbəb olan allergiyanı təyin etmək və onu xəstənin həyatından çıxarmaqdır. Həmin xəstəliyə düçar olanların idmanla məşğul olması da daha məqbul hesab olunur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?