"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Cərrah-ginekoloq Natiq Əliyev
18.05.2022 17:01

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 
Rubrikada bu dəfə Sumqayıt Perinatal Mərkəzinin cərrah-ginekoloqu Natiq Əliyev haqqında məlumatları təqdim edirik:
 
Natiq Əliyev ömrünün 44 ilinin tibbin ginekologiya sahəsinə həsr edib.
 
O, 1954-cü mayın 18-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Vüqarlı (Ağüdi) kəndində anadan olub.
 
1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitutuna qəbul olunub və 1978-ci ildə Müalicə - Profilaktika fakuütəsini bitirib.
 
İlk əmək fəaliyyətinə Rusiyanın Saratov şəhərində başlayıb, sonra Kemerovo vilayətinin Kemerovo şəhərində davam etdirib.
 
1988-ci ildə isə Sumqayıt 1 saylı Doğum Evində mama-ginekoloq kimi fəaliyyətinə davam edib.
 
1994-cü ildən 2016-cı ilə qədər həmin Doğum evinin Ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
2003-2006 -cı illərdə Sumqayıt şəhərinin Baş mama-ginekoloqu olub.
 
2016-2021-ci illərdə Sumqayıt şəhər 1 saylı Doğum Evinin Baş həkiminin Müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
 
Hazırda Sumqayıt Perinatal Mərkəzin Ginekologiya şöbəsinin müdiridir.
 
Bununla yanaşı, 2017-ci ildən Sumqayıt şəhərinin Baş mama-ginekoloqudur.
 
Bir sıra elmi seminarların iştirakçısı olub, müxtəlif təltiflərə layiq görülüb.
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Turanə Əliyeva - Suraxani Tibb Mərkəzinin həkim-psixiatrı
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər