Hemofiliya və digər qeyri-infeksion genetik xəstəliklərə həsr edilmiş elmi-praktik konfrans keçirilib
18.04.2022 12:50
Aprelin 17-də Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə hemofiliya və digər qeyri-infeksion genetik xəstəliklərə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
 
Konfransın açılış hissəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Tibbi fəaliyyətinin təşkili departamentinin müdiri Teymur Mirzəbəyli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov çıxış ediblər. Natiqlər hemofiliya və digər koaqulopatiyalı (qanın laxtalanma pozğunluğu) vətəndaşlara göstərilən dövlət qayğısından bəhs edib, bu xəstəliyin müalicəsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıblar.
 
Daha sonra tədbir Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun sədrliyi ilə davam edib. Konfransda genetiklər, hematoloqlar, pediatrlar, mama-ginekoloqlar tərəfindən hemofiliya və digər genetik qan xəstəliklərinin törətdiyi fəsadlar, Azərbaycanın milli genofondunun sağlamlığa təsiri və digər mövzularda müzakirələr aparılıb.
 
Konfransda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri, hematoloq Naida Hüseynzadə və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Pediatrik hematologiya şöbəsinin müdiri Sevil Cəlilova hemofiliyanın statistikası, müasir müalicəsi haqqında ətraflı məlumat veriblər.
 
Sonra həkim-genetik Ağa Rza Ağayev irsi xəstəliklərin səbəbləri, Mərkəzi Klinikanın Mama-ginekologiya və İVF şöbəsinin müdiri, mama-ginekoloq Mahirə İsmayılova sağlam uşaqların doğulması üçün profilaktik tədbirlərin vacibliyi, EGE Hospitalın qadın xəstəlikləri və doğum üzrə uzman həkimi İlhamə Eldarova hemofiliya və digər genetik xəstəliklərin aradan qaldırılmasında köməkçi reproduktiv texnologiyaların rolu və hamiləlikdə koaqolopatiyalar mövzularında təqdimatla çıxış ediblər.  
 
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Tural Qulu və Şirvan Şəhər Xəstəxanasının Xəstə xidmətləri şöbəsinin müdiri Təranə Cəlilova Bakıda və Azərbaycanın digər bölgələrində hər hansı fövqaladə hallar baş verdikdə, məsələn, COVID-19, müharibələr zamanı tibbi xidmətin təşkili və əlçatanlığının vacibliyi barədə danışıb, statistik məlumatları diqqətə çatdırıblar.
 
Qed edək ki, Azərbaycanda qeyri infeksion genetik qan xəstəliklərinin sayı əhalinin 0,0003%-ni təşkil edir və müalicələri Dövlət Proqramları çərçivəsində həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb