Türkiyəli alim Erasmus+ mübadilə proqramı çərçivəsində ATU-nun qonağı olub
04.04.2022 17:36
Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin Eskişehir Anadolu Universitetinin Əczaçılıq fakültəsinin Farmakologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Feyza Alyu Altınok 28 mart – 01 aprel 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
 
Dr. Feyza Alyu Altınok ATU-nun İnsan anatomiyası və tibbi terminologiya, Sitologiya, histologiya və embriologiya, Farmakologiya, Əczaçılığın texnologiyası və idarəçiliyi, Farmakoqnoziya, Əczaçılıq kimyası kafedralarında, eləcə də Elmi Tədqiqat Mərkəzində tədrisin təşkili və aparılan elmi-tədqiqat işləri ilə tanış olub.
 
Türkiyəli qonaq, həmçinin “Anatomiya” muzeyini ziyarət edib, Əczaçılıq fakültəsinin tədris və elmi-tədqiqat laboratoriyalarında, “Elektron mikroskopiya” və digər laboratoriyalarında olub. 
 
Feyza Alyu Altınok kafedralarda praktik dərslərin gedişi zamanı müəllimlər və tələbələrlə qısa söhbətlər edib, fikir mübadiləsi aparıb. Müvafiq kafedralar və ETM ilə tanışlıq zamanı o, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri v.i.e., dosent Anar Abdullayev, həmin kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinski, Sitologiya, histologiya və embriologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev, eləcə də Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov, Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev, ETM-in direktoru, professor Qalib Qarayevlə görüşüb.
 
Daha sonra Feyza Alyu Altınokun ATU-nun Farmakologiya kafedrasında “Birincili dorzal kök qanqlion neyron kulturası və Patch Clamp texnikası” mövzusunda seminarı keçirilib.
 
Tədbirdə ATU-nun müxtəlif kafedralarının əməkdaşları, doktorant və tələbələr iştirak ediblər.
 
Seminarda Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev türkiyəli qonağı tədbir iştirakçılarına təqdim edərək, məruzədə mövzusunun aktuallığından söhbət açıb.
O, bu cür tədbirlərin rəhbərlik etdiyi kafedrada vaxtaşırı təşkil olunduğunu bildirib.
 
Sonra ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov çıxış edərək beynəlxalq əməkdaşlıq istiqamətində aparılan uğurlu fəaliyyətindən bəhs edib, Feyza Alyu Altınokun universitetə “Erasmus+” mübadilə proqramı çərçivəsində təşrif gətirdiyini bildirib. 
 
Dr. Feyza Alyu Altınok məruzəsini təqdim edərək, birincili dorzal kök qanqlion neyron kulturasından və “Patch Clamp” metodunun tətbiqi ilə müxtəlif dərman maddələrinin hüceyrələrə, xüsusən sinir hüceyrələrinə təsirinin araşdırılması imkanlarından danışıb.
 
Məruzə iştirakçıların böyük marağına səbəb olub və tədbir geniş diskussiya ilə başa çatıb. 
 
Türkiyəli qonağı səfərinin son günü ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev qəbul edib. O, alimə ATU-ya gəlişi üçün təşəkkür edib və universitetlərimiz arasında bu cür mübadilələrin vacibliyini vurğulayıb. Feyza Alyu Altınok ATU-ya səfərindən məmnunluğunu ifadə edib, yüksək səviyyədə qonaqpərvərlik üçün ATU rəhbərliyinə minnətdarlığını bildirib.
 
Sonda O.İsayev qonağa sertifikat və xatirə hədiyyəsi təqdim edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib