Passiv siqaretçəkmə tənəffüs yolları xəstəliklərinin ağırlaşmasına səbəb olur - Mütəxəssis
30.03.2022 10:21
Hər il dünyada 8 milyon nəfər tütün epidemiyasının qurbanı olur. Onların 800 minindən çoxu passiv siqaret istifadəçiləridir. Siqaret tüstüsündə sağlamlığa zərərli 400-dək müxtəlif maddə var. Orqanizm siqaret tüstüsü ilə nə qədər çox qarşılaşarsa, bunun fəsadları bir o qədər çox olar.
 
Hazırda dünya ictimaiyyətini aktiv siqaret çəkməklə yanaşı, passiv siqaretçəkmə də narahat edir, çünki passiv siqaretçəkmə tənəffüs yolları xəstəliklərinin ağırlaşmasına, eyni zamanda iltihabi xəstəliklərin yaranmasına səbəb olur. 
 
Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə AZTV-nin “Səhər” proqramına müsahibəsində məlumat verib. 
 
Ş.Mirzəzadənin sözlərinə görə, ilk növbədə tütündən istifadə edən insanlarda yanaşı gedən xəstəliklər müəyyənləşdirilməli, daha sonra fərdə uyğun plan tərtib olunmalıdır.  Bu plana əsasən tütündən imtina mümkündür. 
 
"Bu zaman ilk 2-3 hfətə böyük önəm kəsb edir. Çünki bu dönəm orqanizmin toksinlərdə təmizlənməsi mərhələsidir", - deyə mütəxəssis qeyd edib. 
 
Bu mərhələdə bol maye qəbul etmək, idmanla məşğul olmaq, açıq havada gəzinti tütünlə mübarizədə effektivdir. 
 
 
 
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər