Orta əsrlərdə Azərbaycan xəstəxanaları – Darüş-şəfalar / Birinci yazı
11.07.2021 23:47

“Avesta”da antik dövründə yunan mədəniyyəti və tibbin inkişafı haqqında olduqca maraqlı faktlar var. Orada yazılır ki, Yunanıstanda akademiyalar bağlandıqdan sonra orada fəaliyyət göstərən böyük alimlər Yaxın və Orta Şərqə pənah gətirirlər. Onların köməyi nəticəsində Şərqdə sonralar böyük elm ocaqları yaranmağa başlayır.

 

Aztibb.az o dövrün təbib-alimlərinin əsasını qoyduğu tibbi məktəb və müalicəxanalar haqqında yazını təqdim edir.

 

O dövrün müalicə mərkəzlərində adətən, binaların dəhliz sistemi tətbiq olunurdu. Girişdə qəbul otaqları, dəhlizin hər iki tərəfində palatalar, sonunda isə ölüxana yerləşirdi. Xəstəxanaların açıq eyvanı olurdu. Həmin eyvan binada havanın tənzimlənməsini yaxşılaşdırır, lazım olduqda isə palata kimi istifadə olunurdu.

 

Əsas binadan bir qədər kənarda kiçik dərmanxana (aptek) yerləşirdi. Yaxınlıqda həkimlər və xidmətçilər üçün yaşayış evləri tikilirdi. Aptekin yanında dərmanşünasların dərman hazırlaması üçün müxtəlif bitkilər əkilmiş bağça olurdu.

 

Ümumiyyətlə dərmanşünas sözünə ilk Məhəmməd Mehdi ibn Əli Nəqinin əsərlərində rast gəlinir. O, qeyd edir ki, əczaçı yeni bir dərmanı hazırladıqda əvvəlcədən məsləhət üçün orada işləyən dərmanşünasın yanına gedir, sonra həmin məlumatla müalicə edən həkimə müraciət edirdi.

 

Xəstəxanalar o dövr üçün lazım olan cihazlarla təmin edilirdi. Hətta o zaman xəstələrə narkoz vermək üçün xüsusi cihazlar var idi.

 

Şiraz şəhərində yaşamış dahi Azərbaycan həkimi Mahmud İbn İlyas əl-Şirazi orada böyük bir xəstəxana yaradanlardan olub.

 

Məşhur Azərbaycan təbibi Mahmud İbn İlyasın o dövrdəki xəstəxanaların tibbi tələbatlara uyğun tikilməsində böyük rolu olub. Onun müxtəlif şəhərlərdə təşkil etdiyi müalicə idarələri, İbn Sinanın dövründə təşkil olunan müalicəxanalardan fərqlənirdi.

 

Görkəmli Azərbaycan tarixçisi və həkimi Rəşidəddin Fəzlullah Mahmud İbn İlyasın tikdirdiyi xəstəxanaların layihələrini bəyənib və XIII əsrin axırları, XIV əsrin əvvəllərində Təbriz şəhərində həmin layihələr üzrə bir çox xəstəxanalar (darüş-şəfalar) tikdirib.

 

Bu xəstəxanalarda həm də tibbi kadrlar müayinə və müalicə məktəbi keçirdilər. Tibbi məktəblərdə bir çox ölkələrdən gəlmiş mütəxəssislər fəaliyyət göstərirdilər.

 

Bəzi tarixi məlumatlara görə həmin tibbi məktəblərdə 6000-dən çox Hindistan, Çin və Ərəb ölkələrindən gəlmiş alimlər çalışırdılar. Şəhərdə bunlar üçün alimlər evi, elmi müəssisələr, alimlər küçəsi və s. təşkil edilirdi ki, bunların hamısı Rübe Rəşidi (Rəşid dördbucağı) daxilində yerləşirdi. Onun xarabalıqları hələ indi də Təbrizin kənarında Qüllə adlanan sahədə qalır.

 

Ardı var...

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev