Orta əsrlərdə azərbaycanlı həkimlər – Üçüncü yazı
10.07.2021 13:36

Orta Əsrlər dövrünün tarixi–siyasi prosesləri elmin hər sahəsinə müsbət və ya mənfi formada öz təsirini göstərib. Təbabət elmi də bu qanunauyğunluqlardan kənarda qalmayıb. Bəhs olunan dövrdə Azərbaycanda təbiblər tibbi yeniliklər haqqında məlumat verən əsərlər və tibbi risalələr yazırdılar.

  

Aztibb.az orta əsrlər azərbaycanlı həkimlərin fəaliyyətinə dair növbəti yazını təqdim edir.

 

Tibbə dair dəyərli əsərlərdən biri XVII əsr Azərbaycan müəllifi-təbib və alim Həsən ibn Rza Şirvaninin “Siracüt-tibb” (“Tibbin çırağı”) əsəridir.

 

O, topladığı məlumatları, elmi-nəzəri bilikləri, öz təcrübə və ixtiralarını cəmləşdirərək nizamlı surətdə tərtib edib, əczaçılıq-dərmanşünaslıq sahəsində mükəmməl, olduqca dəyərli bir əsər yaradıb.

  

XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi Hacı Süleyman Qacar İrəvani tibb tarixində önəmli yerlərdən birini tutur. Onun “Hikmət xəzinəsi” adlı əsəri Azərbaycanda, eləcə də Orta Asiya və İranda da böyük şöhrət qazanıb.

 

Kitab iki hissədən ibarətdir: birinci hissədə dərman vasitələri ərəb əlifbası sırası ilə verilib, ikinci hissədə isə xəstəliklər və onların müalicə üsulları göstərilir.

 

600-dən artıq dərman bitkisinin növü, heyvan və mineralların müalicəvi keyfiyyətindən bəhs edən bu kitab tək-tək toplanmış inci xəzinəsinə bənzəyir və bu səbəbdən də orta əsr əczaçılıq ensiklopediyası adlanır.

 

Əsərdə şiddətli qızdırma, uzunmüddətli xəstəliklər və onların zərərlərindən qaçılma üsulları da göstərilib.

 

XVIII əsrdə azərbaycanlı həkim Əbülhəsən əl-Marağayinin “Müalicati-münfəridə” (“Sadə müalicə üsulları”) əsəri dövrünün qiymətli əsərlərindən sayılır. Müəllif əsərdə insan orqanizminin ayrı-ayrı üzvlərinin naxoşluq və xəstəliklərinin müalicəsi haqqında məlumatları çox nizamlı və sistemləşdirilmiş şəkildə təqdim edir.

 

Baş-beyin, göz, qulaq, burun, ağız boşluğu, boğaz xəstəliklərindən başlayaraq növbə ilə digər üzvlərin – sinə, ağ ciyər, ürək, mədə, qaraciyər xəstəlikləri, ishal və qızdırmanın müxtəlif növləri, fil xəstəliyi və venaların genişlənməsi, bədən üzvlərinin xarici-zahiri xəstəlikləri, vəba, taun, şişlər, dəri xəstəlikləri, yaralar, kəsiklər, çıxıqlar, yanıqlar və s. müalicə üsulları ilə bərabər, saça, dəriyə və dişlərə qulluq, həddən artıq arıqlamaq və ya kökəlməyə, zəhərlənmələrə və zəhərli heyvanlara qarşı mübarizə yollarının geniş izahı göstərilir.

 

Saray həkimi Məhəmməd bin Mahmudu-Şirvaninin dövrümüzə qədər gəlib çatan və istər Osmanlı, istərsə də Azərbaycan tibb elmində ən əhəmiyyətli yerdə dayanan “Mürşid” əsəri göz xəstəliklərindən bəhs edən və dünya tibb tarixində oftalmologiyaya həsr olunan unikal əsərlərdən biridir.

 

Kitabında gözün anatomiya və fiziologiyası, gözə zərərli olan maddələr, gözün sinirləri və damarları, onların quruluşu, görmənin meydana gəlməsi hadisəsi haqqında məlumat verilir. Burada təxminən 120-dən çox göz xəstəliyinin adı çəkilir, göz xəstəliklərində istifadə olunan sadə və mürəkkəb dərmanlardan bəhs olunur, hər hansı bir göz xəstəliyinə diaqnoz qoyulması üsulları aydın formada izah edilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb