“COVID-19 infeksiyası ilə mübarizə” mövzusunda seminarlar keçirilib
23.08.2020 12:18

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə koronavirus (COVID-19) infeksiyasının hazırkı vəziyyəti nəzərə alınaraq həkim və orta tibb işçiləri üçün təlimlər, treninqlər həyata keçirilir, geniş maarifləndirmə işləri aparılır, seminarlar təşkil olunur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlər hazırlamaqdır.

 

Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında həkim ambulatoriyaları və feldşer-mama məntəqələrində çalışan həkim və orta tibb işçilərinin iştirakı ilə seminarlar keçirilib.

Bir ay ərzində davam edən seminarlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tərəfindən koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVID-19 xəstəliyi, onun hazırda mövcud olan müalicə sxemləri haqqında məlumat təqdim olunub, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb.

Bildirilib ki, bu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən yaşadıqları yerdə müalicəyə cəlb olunurlar. Qeyd olunub ki, yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs onunla birgə yaşayanların xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən azı bir metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda karantin müddəti başa çatmış hesab olunur.

Bununla yanaşı, evlərdə yüngül, az simptomlu xəstələrin müalicəsinin aparılması üçün həkimlərə mövcud olan müalicə protokolları paylanılıb. Belə xəstələrin müntəzəm olaraq yoxlanılması, onların vəziyyətinə nəzarət, virus əleyhinə istifadə olunan dərmanlar barədə tədbir iştirakçılarına məlumat verilib. Sahələrdə yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin gündəlik zəruri müayinələrə cəlb edilməsi, ağırlaşmalar baş verdikdə xəstəxanalara köçürülməsinin təşkili, virus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətin virusdan mühafizəsi barədə tapşırıqlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib