Astma xəstələri üçün xalq təbabəti üsulları
27.06.2021 22:49

Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir və xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində yaranan gərginliklə xarakterizə edilir. Həmin xəstələrin böyük əksəriyyətinin ailəsində allergik rinit və ya ekzema tipli allergiya xəstələr olur.

 

Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişa şişkinləşir və bəlğəmlə örtülür. Bronxlarla keçən havanın həcmi azalır və quru xırıltılar əmələ gəlməsinə səbəb olur, bəzən quru xırıltılar tutmalar şəklində simptomsuz dövrdən seçilir, bəzən də tənəffüs müddətinin uzunmüddətli qısalması müşahidə edilir. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalanda təhlükə yarana bilər.

 

Çiyələk yarpağının qaynadılaraq şirin biyanla birlikdə qəbul edilməsi astma zamanı faydalıdır.

 

Böhranlı təngənəfəslik zamanı zirinc şərbəti xəstəliyin şiddətini zəiflədir, nəfəsalmanı sakitləşdirir və tənzimləyir. Şərbəti hazırlamaq üçün 500 qram təzə dərilmiş zirinc 2 litr suda 2-3 saat isladılaraq şirəsi çıxarılır, 500 qram şəkər qatılaraq həll olunanadək mülayim ocaqda saxlanılır. Qaynama halına çatmamış ocaqdan götürülür, şirə süzülür, bir qədər qaynanmış su ilə qatılır, alınan şərbət gündə 3 dəfə hər dəfə 30-50 qram qəbul edilir.

 

Çox yağlı xörək və yağlı ətdən pəhriz saxlamaqla ardıcıl olaraq bir müddət portağal və limon şirələrini qarışdırıb içmək məsləhət görülür. Həmin şirəyə azacıq şəkər və ya bal qatmaq daha yaxşıdır.

 

10 qram lavanda çiçəyi 1 litr qaynar suda dəmlənir, bir qədər bal qatılaraq hər gün yeməkarası içilir.

 

1 qaşıq razyana 1 fincan qaynar suda 10 dəqiqə dəmlənir, bir qədər bal qatılaraq qəbul edilir. Öskürəkli astma zamanı bəlğəm gələrsə, 1 həftə kərəviz suyu içmək məsləhətdir. Kərəviz şirəsi limon şirəsinə qatılaraq gündə 3 dəfə yeməkarası qəbul edilir. 60 qram qurumuş kərəviz kökü 1 litr qaynar suda 12 saat saxlanılaraq süzülür, bir qədər bal qatılaraq hər gün yeməkdən əvvəl 1 fincan içilir.

 

4 çay qaşığı ballınanə otu üzərinə 1 litr qaynar su tökülərək 10 dəqiqə qaynadılır, gecə saxlanılır və süzülür, gündə 3 dəfə yarım stəkan içilir. Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində bəlğəmli öskürəyə qarşı çox faydalıdır və ondan bronxial astma, göyöskürək və vərəmdə istifadə olunur. 1 xörək qaşığı quru və təzə bağayarpağı üzərinə 1 stəkan qaynar su tökülərək 15 dəqiqə saxlanandan sonra süzülür, gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Yaxud 3 xörək qaşığı xırdalanmış təzə yarpaqlar 3 xörək qaşığı bal və ya şəkər tozu ilə qarışdırılaraq 4 saat bağlı qabda isti ocaqda qızdırılaraq saxlanılır, alınan şərbət gündə 4 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı qəbul edilir.

 

Əzvay dərilməmişdən əvvəl 1 həftə sulanmır, dərilmiş yarpaqlar yuyulmadan tozu silinir, xırdalanaraq 250 qram şüşə qaba tökülür, üzərinə yarım litr şirin qırmızı çaxır və 350 qram xarlamış bal əlavə edilir, yaxşı qarışdırılaraq 9 gün sərin yerdə saxlanılır, süzülərək sıxılır, bronxial astma zamanı ilk iki gündə yeməkdən yarım saat qabaq gündə üç dəfə 1 xörək qaşığı qəbul edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır