ÜST rəhbəri: Vaksinlər ədalətli paylansaydı, dünyanın bütün tibb işçiləri və qocalarına kifayət edərdi
26.05.2021 11:02

2021-ci ilin yalnız beş ayı ərzində 2020-ci ilə nisbətən daha çox koronavirusa yoluxma halları və xəstəlikdən ölüm hadisələri qeydə alınıb. COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi bir təhlükə yaratmağa davam edir. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bunu ÜST-ün Baş direktoru doktor Tedros Qebreyesus Ümumdünya Səhiyyə Assambleyasının açılışında bəyan edib.

 

O, hər ölkədə virusun ötürülməsi nəzarət altına alınana qədər pandemiyanın bitməyəcəyini vurğulayıb. İndi heç bir ölkə, əhalisinin peyvənd nisbəti nə qədər yüksək olsa belə, özünü koronavirusu məğlub edən ölkə hesab edə bilməz.

 

“Vaksinasiya sahəsində davam edən böhran – məhz pandemiyanı uzadan bərabərsizliyin görünməmiş ifadəsidir. Təkcə 10 ölkədə bütün peyvəndlərin 75 faizindən çoxu vurulub”, - deyə doktor Tedros Qebreyesus bildirib.

 

"Bu fikri heç bir diplomatik formaya salmaq mümkün deyil: vaksinlərin böyük hissəsini istehsal edən və alan ölkələrin kiçik bir qrupu bütün dünyada vəziyyətə nəzarət edir", – deyə o əlavə edib.

 

ÜST rəhbərinin sözlərinə görə, bu günə qədər vurulmuş peyvəndlərin dozaları daha ədalətli paylansaydı, dünyada bütün tibb işçiləri və yaşlı insanlara kifayət edərdi.

 

Doktor Tedros Qebreyesus bu günə qədər COVAX təşəbbüsü çərçivəsində 72 milyon doza vaksinin 125 ölkəyə çatdırmağa nail olmasını xatırladıb.

 

"Bu, onların əhalisinin hətta bir faizinin vaksinasiyası üçün kifayət etməyə bilər", - deyə o qeyd edib. ÜST rəhbəri inkişaf etmiş ölkələri COVAX da daxil olmaqla yoxsul ölkələrə preparatları paylaşmağa çağırıb.

 

O, Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ictimaiyyət qarşısında qoyduğu məqsədlərdən bəhs edib: hər bir ölkənin əhalisinin ən azı 10 faizi bu ilin sentyabr ayına, 30 faizi isə ilin sonuna qədər peyvənd olunmalıdır.

 

Bu, ölüm halları və xəstəliyin ağır formada keçməsinin qarşısını almaq, tibb işçilərini qorumaq və iqtisadiyyata və ictimai həyata yenidən başlamağa imkan verəcək", - deyə doktor Tedros Qebreyesus söyləyib.

 

O, həmçinin diaqnostika, müalicə üsulları və peyvəndlərin koronavirusun yeni variantları və yeni ştamlarına qarşı effektivliyini hələ ki, qoruyub saxladığını vurğulayıb. Lakin bir çox ölkələrdə virus nəzarətsiz şəkildə yayılmağa və mutasiyaya məruz qalmağa davam edərsə, virusun yeni, daha təhlükəli variantları ortaya çıxa bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub