Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir
24.04.2021 10:50

Hər il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə aprelin ikinci yarısında keçirilən Ümumdünya İmmunlaşdırma Həftəsi 100 milyondan artıq uşağı difteriya, tetanus və göyöskürəkdən qorumaq məqsədilə aparılır. Əvvəllər yalnız qərb ölkələrini əhatə edən həmin tədbir Avropa immunlaşdırma həftəsi adlanırdı, lakin sonradan digər dünya ölkələri də həmin təşəbbüsə qoşuldular.

 

Aztibb.az xəbər verir ki, həftənin keçirilməsinin əsas məqsədlərindən biri cəmiyyətin diqqətini immunlaşdırmanın bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumağa imkan verən əsas profilaktik tədbirlərdən biri olduğuna cəlb etməkdir. ÜST ailələrə həmin xəstəliklərin fəsadlarından qorunmaq üçün uşaqları mütləq peyvənd etməyi məsləhət görür. Təşkilatın məlumatına görə, immunlaşdırma hər il difteriya, tetanus, göyöskürək, parotit və məxmərəkdən ölüm hallarının sayını 2-3 milyonadək azaltmağa imkan verir.

 

Ümumdünya Səhiyyə Təşkilatının göstərdiyi səylər nəticəsində vaxtında peyvənd edilən uşaqların sayı getdikcə artır. Məsələn, 2000-2016-cı illər ərzində qızılcaya qarşı aparılan peyvəndlər nəticəsində xəstəlikdən ölüm hallarının sayı dünyada 84 faiz azalıb. Lakin bununla belə, məsələn, 2010-cu ildə demək olar ki, 20 milyon uşaq lazımi peyvənd almamışdır. Onların demək olar ki, 70 faizi dünyanın 10 ölkəsində, o cümlədən Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiyaya və Cənubi Afrikada yaşayır. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı, 2013-cü ildə təxminən 21,8 milyon südəmər körpə uşaq həyat üçün lazım olan peyvənd almayıb. Bu, vaksinlərin vaxtında çatdırılmaması, səhiyyəyə kifayət qədər maliyyə dəstəyinin göstərilməməsi və s. səbəblərlə əlaqədar olub.

 

Həmin halların baş verməməsi üçün ÜST İmmunlaşdırma Həftəsi çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirir, uşaqların və yaşlıların peyvəndlənməsini aparır, müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilir. Beynəlxalq əməkdaşlıq əhali arasında immunlaşdırmanın sürətini artırmaq və daha çox kütləni əhatə etməyə imkan verir. Bu, COVID-19-la mübarizə dövründə daha aktualdır.

 

Hazırda infeksiyanın yayılma və ölüm faizinin yüksək olması COVID-19-a qarşı peyvəndlərin hazırlanması və tətbiqi dünyanın bütün ölkələri üçün hədsiz dərəcədə vacib məsələyə çevirib. Bir sıra ölkələr əhalinin mərhələli şəkildə peyvənd edilməsini tətbiq edir. Buna uyğun olaraq risk qrupunda olanlara, məsələn yaşlılara, tibb işçilərinə, hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının işçilərinə üstünlük verilir.

 

Hazırda dünyada koronavirus əleyhinə artıq təxminən 1 milyard peyvənd edilib. Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 396 min 391-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 min 76, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 470 min 315 nəfərdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır