Uşaqda hərarətin artmasının SƏBƏBLƏRİ - Bu zaman nə etməli?
18.03.2021 21:31

Bədən temperaturunun qalxması uşaqlarda kəskin və xroniki xəstəliklər zamanı baş verir.

 

Aztibb.az xəbər verir ki, qızdırmanı yaradan səbəblər uşağın yaşından və digər faktorlardan asılı olaraq müxtəlifdir.

 

Temperatur yüksəlmə dərəcəsinə görə subfebril (37-38 dərəcə), yüksək (39-41 dərcə) və ya çox yüksək ( 41 dərəcədəndən yüksək) olur.

 

Kiçik uşaqlar adətən, yüksək hərarəti yüngül keçirir. Məsələn, adi kəskin respirator xəstəliklərdə (KRX) böyüklərdə  38-38,5 dərəcə, körpələrdə 39-40 dərəcə ola bilər. Yadda saxlamaq lazımdır ki, çox yüksək qızdırmada maddələr mübadiləsi pozulur. İnfeksion xəstəliklərdə qızdırmanın olmaması orqanizmin reaktivliyinin olmaması deməkdir.

 

Simtomları:

 

Uşağın xarici görünüşünə görə hərarətin yüksəlməsindən şübhələnmək olar.

 

Uşağın ümumi vəziyyəti dəyişir, narahatlıq, əzginlik yaranır, iştaha azalır və ya itir. Qızdırmanın tipindən asılı olaraq uşağın dərisi qaynar, solğun, qırmızı və ya sərin ola bilər. Çox vaxt yanğı hissiyatı yaranır, körpə uşaqlarda qıcolmalar müşahidə edilir.

 

Səbəbləri:

 

Xəstəliklərin bir çoxu qızdırma ilə keçir. Ən çox virus və bakterial infeksiyalar qızdırma ilə müşayiət olunur. Allergik reaksiyalar, birləşdirici toxumanın xəstəlikləri, endokrin patologiya və s. xəstəliklərdə də qızdırma ola bilər.


37 dərəcəyə qədər qızdırma olduqda narahat olmağa dəyməz. Əgər 38 dərəcədən yuxarı olarsa hərarəti tez-tez ölçmək lazımdır. Yüksək qızdırmada həkim gələnə qədər uşağa parasetamol, uşaq panadolu, uşaq taylenolu vermək olar.

 

Bu zaman uşağa çoxlu maye içirtmək, qalın geyimləri çıxartmaq, bədəni yaş dəsmalla silmək məsləhətdir.

 

Əgər uşaqda qıcolma başlayırsa onu yumşaq çarpayıya və ya xalçaya böyrü üstə uzatmaq və təcili yardım çağırmaq lazımdır.


Həkim uşağı müayinə etdikdən sonra müvafiq müalicə təyin edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev