Mədə turşuluğu zamanı hil çayı içmək faydalıdır
16.03.2021 13:19

Novruz süfrəsinin təamları hilsiz başa gəlmir. Şəkərbura və paxlavanın hazırlanmasında ondan geniş istifadə olunur. Hilin dənələrini qovurub üyütdükdən sonra şirniyyatın içinə qatırlar.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, dünyada geniş yayılan hili çox vaxt “kralların ədviyyatı” adlandırırlar. Vətəni Hindistan olan bu bitki Şri-lankada, Çində, Afrikada və Amerikada da becərilir.

 

Hilin bazarlarda ən çox tünd yaşıl və ağ rəngi satılır. Hil toxumu yeməklərə, çaya və qəhvəyə qarışdırlıraraq istifadə edilir. Əgər mədə turşuluğu çoxalaraq qida borusunu yandırırsa, ən yaxşı üsullardan biri hil çayının içilməsidir. Qastrit və mədə qıcqırması zamanı çox faydalıdır.

 

Hil çayı yüksək xolesterini aşağı salır və immuniteti qüvvətləndirir. İnfeksion xəstəliklərdən və qripdən əziyyət çəkənlərə onun çayını dəmləyib içmək məsləhətdir.

 

Ağızdan xoşagəlməz qoxu gəlirsə, hil dənələrini çeynəmək lazımdır. Çeynədikdən sonra isə udmaq məsləhətdir. Çünki ola bilər ki, ağız qoxusu mədədə olan problemlərdən yaransın və hilin toxumlarını udmaqla mədəni də müalicə etmək olar. Hil ürəkbulanma zamanı da yaxşı təsir edir, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır.

 

Artıq çəkidən azad olmaq üçün də hil faydalı vasitələrdən biridir. Onun aromatik yağlarını suya əlavə edərək vanna qəbul etmək stres və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

 

Təbii antiseptik olduğundan soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

 

Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil dənəsi qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.

 

Çalışmaq lazımdır ki, hil qabığından ayrılmasın, əks halda o, öz ətrini çox tez itirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev