İltihabtörədici sadə şəkərlər - YARATDIĞI XƏSTƏLİKLƏR 
20.02.2021 10:28

Hamı bilir ki, çox şəkərli yemək və içmək zərərdir. Və bu zərər əsasən kökəlmə, şəkər xəstəliyi kimi təsəvvür olunur.

 

Əslində isə törətdiyi problem daha çoxdur:

 

1. Yüksək kaloriliyi hesabına piylənmə

 

2. İnsulini yüksəltdiyi üçün hormonal disbalans, qaraciyər yağlanması, qarın piylənməsi

 

3. Mədəaltı vəzi ifrat yükləyib İR, şəkərli diabet

 

4. Bağırsaq selikli qisasını zədələyib bağırsaq keçirgənliyinin artması və bütün xroniki xəstəliklərə (allergiya, autoimmun və s.) yolun açılması

 

5. Zülallarla birləşərək, Qlikasiyaya rəvac verir. Bu da AGE adlı iltihabtörədici maddələrin yaranmasına və sistemli, yəni bütün orqanları zədələyə bilən iltihaba gətirir. Bu prosesin xanımlar üçün maraqlı olan tərəfi odur ki, ən çox şəkərlə birləşib zədələnənlər--dərinin strateji zülalları --kollagen və elastindir.

 

Bunun nəticəsi isə:


-üz dairəsinin erkən sallanması
-göz altı torbaların və gözətrafı qırışların erkən yaranması
-dəri tonusunun azalması (bədən dərisinin boşalıb sallanması)
-sellülit
-daxili orqanların sallanması (böyrəklər, mədə, uşaqlıq)
-varikoz xəstəlik
-damar aterosklerozu
-oynaq problemləri və s.

 

6. Mineral defisiti. Kalsium, maqnezium, dəmir, sink ehtiyatını azaldaraq, dəmirdefisitli anemiya, skolioz, osteoporoz, sinir oyanığlığı və s səbəb olur

 

7. Kariesə, diş çürüməsinə iki yolla aparır: kalsium dişlərdən xaric etməklə və ağızda turş mühit yaradıb mikrobların inkişafına şərait yaradaraq

 

8. Patogen mikroblar, xüsusən göbələk üçün yem olub, onları artımına və disbioza gətirir

 

9. Beyin üçün "qida" deyil, toksin olduğu üçün neyroiltihab törədib


- sinir oyanıqlığını, qıcığı artırır
-diqqət yayınıqlığına səbəb olur
-hiperaktivlik
-xroniki yorğunluq
-depressiya
-neyrodegenerativ xəstəliklırə (Altsheymer, Parkinson) inkişafına təkan verir.

 

10. Leqal narkotikdir: beyində narkotiklərlə eyni zonaya təsir edir və şəkər asılılığı yaradaraq, daim qəbulunu tələb edir.

 

Bu qədər fəsad törədə biləcək bu "psevdoqidanı" nə ilə əvəzləmək olar?

 

Diqqət: bütün təbii şəkərlər, natural məhsul olsa da, yenə həmin şəkərdir və ifrat qəbulda eyni təsir göstərir. Bu bal, doşablar, meyvə şirələri və kompotlar, quru meyvələrdir. Bu baxımdan, qədərə nəzarət etməklə, bunları dadlandırıcı kimi az-az istifadə etmək olar. Uşaqları asılılıqdan qorumaq üçün erkən yaşlarından şəkər qəbuluna ciddi nəzarət gərəkir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama