La Razon: 101 yaşlı professor uzunömürlülüyün sirrini şəkərdən imtinada görür
14.05.2026 12:49

Loma Linda Universitetinin İctimai Sağlamlıq Məktəbinin amerikalı professoru Con Şarffenberq bu yaxınlarda 101 yaşını qeyd edib.

 

Aztibb.az xəbər verir ki, alim “La Razon” nəşrinə müsahibəsində uzunömürlülüyün sirlərindən danışıb və qidalanma rejiminin bunda mühüm rol oynadığını bildirib.

 

Professorun sözlərinə görə, o, tamamilə ətsiz qidalanır. Bununla belə, yumurta və süd məhsullarından imtina etməyib. Alim bu məhsulların sağlamlıq üçün faydalı olduğunu vurğulayıb.

 

Con Şarffenberq şəkər istifadəsinin məhdudlaşdırılmasının da vacib olduğunu qeyd edib. Onun fikrincə, şəkər piylənmə və ürək-damar sistemi xəstəliklərinin yaranma riskini artırır.

 

Professor həmçinin doymuş yağları da qida rasionundan çıxardığını bildirib. O deyib ki, bu yağlar qanda xolesterinin səviyyəsini yüksəldərək ürək-damar xəstəlikləri riskini artırır.

 

Alim vurğulayıb ki, düzgün qidalanma sağlam həyat tərzinin yalnız bir hissəsidir. Onun fikrincə, müntəzəm fiziki aktivlik hətta pəhrizdən də daha vacibdir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu