Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb  
12.05.2026 08:35

Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.

 

Aztibb.az www.france24.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist “France Inter” radiosuna açıqlamasında deyib. Nazirin sözlərinə görə, xəstəlik aşkarlanan qadın “MV Hondius” gəmisində olub və mayın 10-da Kanar adalarından Fransaya təxliyə edilib. Qadında xəstəliyin simptomları “Tenerife” ilə “Burje” hava limanı arasındakı uçuş zamanı ortaya çıxıb.

 

“Testlərin nəticəsi müsbət çıxıb. Təəssüf ki, onun vəziyyəti gecə ərzində pisləşib”, – deyə səhiyyə naziri bildirib.

 

Fransaya gətirilən beş sərnişindən yalnız birində virus aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da, onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.

 

Fransanın Baş naziri Sebastyən Lökornu bildirib ki, xəstədə simptomlar təxliyə reysi zamanı müşahidə olunub. Təyyarə bazar günü yerli vaxtla saat 16:30 radələrində Paris yaxınlığındakı “Burje” hava limanına enib.

 

Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda olduqları üçün risk qrupuna daxil ediliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır