Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10.05.2026 11:11

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası (AABP) ilə görüş keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qloballaşan dünyada gedən rəqəmsal inkişaf və bu tərəqqinin təhsilə inteqrasiyası ilə bağlı vacib məqamlara toxunub. Rektor təhsildə yeni tədris texnologiyalarının tətbiqinin xüsusi əhəmiyyət daşıdığını, bu yanaşmanın ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını, ümumiyyətlə, müasir dövrdə ali təhsildə yeni tədris texnologiyalarının tətbiqinin keyfiyyətli təhsil sisteminin əsas tələblərindən biri kimi ortaya çıxdığını diqqətə çatdırıb.

 

Assosiasiyanın təsisçisi və icraçı direktoru İlhamə Cəfərli də tibbi təhsildə ümumi yanaşma, həmçinin müasir kriterilər haqda fikirlərini bildirərək, ATU ilə bu istiqamətdə göstərilən əməkdaşlığa maraqlı və hazır olduqlarını söyləyib.

 

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ailə davam edən görüşdə tibb təhsili, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və peşəkar inkişaf istiqamətləri üzrə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib.

 

Həmçinin gələcək əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin beynəlxalq təcrübə mübadiləsi, ortaq təhsil və inkişaf proqramlarının hazırlanması, eyni zamanda bilik və bacarıqların artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri vurğulanıb.

 

Görüş ATU və AABP arasında anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb.

 

Memorandumla təsbit edilən əməkdaşlığın tərəflər arasında uzunmüddətli əlaqələrin inkişafı, beynəlxalq münasibətlərin genişləndirilməsi və tibb sahəsində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verəcəyi gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır