Təkrar qarın yırtığında innovativ üsul tətbiq olunub
09.05.2026 15:53

ATU-nun Ümumi Cərrahlıq kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, t.e.d., professor Elçin Ağayev tərəfindən təkrar qarın divarı yırtığı olan xəstədə mürəkkəb cərrahi əməliyyat icra olunub.

 

Klinikadan Aztibb.az-a verilən məlumata görə, 49 yaşlı xəstə 10 il əvvəl qarın divarının alt hissəsinin yırtığı səbəbilə əməliyyat olunub, lakin sonradan residiv (təkrar yaranma) baş verib. Üç il əvvəl ikinci dəfə cərrahi müdaxilə həyata keçirilib və bu zaman intraperitoneal alloplastik tor yerləşdirilib. Buna baxmayaraq, xəstədə yenidən residiv müşahidə olunub.

 

Hazırda xəstəyə üçüncü dəfə əməliyyat aparılıb. Bu dəfə tətbiq edilən üsul Azərbaycanda nisbətən yeni hesab olunan “sublay hernioplastika” (retrorektus plastika) üsuludur. Əməliyyatın mahiyyəti torun düz qarın əzələlərinin alt qatına yerləşdirilməsindən ibarətdir.

 

Professor Elçin Ağayev bildirib ki, bu üsulun əsas üstünlüyü residiv ehtimalının xeyli aşağı olmasıdır. Belə ki, digər üsullarda residiv riski 10–25 faiz arasında dəyişdiyi halda, sublay hernioplastika zamanı bu göstərici 1–2 faizə qədər azalır.

 

Qeyd olunub ki, əməliyyat kifayət qədər genişhəcmli və mürəkkəb rekonstruktiv cərrahi müdaxilədir və yalnız bu sahədə təcrübəli mütəxəssislər tərəfindən icra edilməlidir.

 

Mütəxəssis əlavə edib ki, residivlərin yaranmasında cərrahi texnika, əməliyyatın keyfiyyəti və xəstənin fərdi xüsusiyyətləri mühüm rol oynayır. Xüsusilə kollagen sintezi toxumaların möhkəmliyinə təsir edən əsas amillərdəndir. Yaş artdıqca kollagenin miqdarı və keyfiyyəti azalır, bu isə toxumaların bərpa qabiliyyətini zəiflədir və yırtıq riskini artırır.

 

Sonda qeyd olunub ki, bu tip hallara praktikada kifayət qədər tez-tez rast gəlinir və düzgün seçilmiş cərrahi üsul residivin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır