Autizm spektr pozuntusu daha çox hansı formalarda özünü büruzə verir?
07.05.2026 17:02
Autizm spektr pozuntusunun simptomları həyatın ilk 3 ilində başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir.
Aztibb.az xəbər verir ki, xəstəliyin adı rəsmi “Autizm spektr pozuntusu” qəbul edilib.
Autizm spektr pozuntusunu yalnız ixtisaslı tibb mütəxəssisi təyin edə bilər. Autizm diaqnozunu təsdiq etmək üçün uşağın yaş dövrünü izləmək, xüsusi dəyərləndirmə şkalaları ilə qiymətləndirmək, ailənin müşahidəsi, terapiyalardan sonra əldə olunan nəticələrin tibbi tarixçə və anketlərdə təqibi vacibdir.
Autizm spektr pozuntusunun əsas əlamətləri:
• Sosial ünsiyyət problemi;
• Göz təmasını qura bilməməsi;
• Diqqət dağınıqlığı;
• Empati hissinin zəif olması;
• Xəyali, yaradıcı oyunlarda iştirak etməməsi;
• Üz ifadələrinin olmaması;
• Nitq inkişafında gecikmə;
• Məhdud, təkrarlanan davranış, maraq və ya fəaliyyətlər;
• Başqalarını təqlid etməkdə çətinliklər;
• Təkrarlanan səslər, hərəkətlər və s.
Valideynlər evdə uşaqlarının ilkin reaksiyalarına mütləq fikir verməlidir. 6 aydan yuxarı körpələr valideyni ilə göz təması qurmursa, 1 yaşdan yuxarı uşaqlarda isə nitqin gecikməsi, təkrarlanan səslər və ya hərəkətlər, cisimlərin parçalarına davamlı maraq, bəzi uşaqlarda isə aqressivlik, davranış pozuntusu kimi hallar müşahidə edilərsə, mütləq həkim-pediatra və digər mütəxəssis həkimlərə müraciət edilməlidir.
Autizm spektr pozuntusu olan uşaqlarda müalicənin necə aparılmasına gəldikdə isə, həkim qeyd edir ki, autizm spektrinin radikal müalicəsi yoxdur. Lakin erkən müdaxilə bir çox müsbət nəticələr əldə etməyə imkan verir.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

