Mərkəzi Gömrük Hospitalında “UpToDate” platformasının təqdimatı olub
07.05.2026 16:35
Mərkəzi Gömrük Hospitalında sübutlu təbabətə əsaslanan dünyanın aparıcı rəqəmsal klinik məlumat platforması olan “UpToDate”in təqdimatı keçirilib.
 
Aztibb.az-a Gömrük Hospitalından bildirilib ki, tədbirdə müəssisənin rəis müavini Nabil Seyidov, şöbə rəisləri, həkimlər, həkim-rezidentlər və tibb işçiləri iştirak ediblər.
 
“UpToDate” platformasının yaradıcısı və təminatçısı olan “Wolters Kluwer” şirkətinin regional nümayəndələri Anna Kula və Vildan Kandur Stanio tədbirə onlayn qoşularaq platformanın son yenilikləri, “Expert AI” süni intellekt əlavəsinin üstünlükləri, funksional imkanları və klinik praktikada tətbiq sahələri barədə ətraflı məlumat veriblər. Anna Kula təqdimatında qeyd edib ki, “UpToDate” yalnız geniş tibbi bilik bazasına operativ çıxış imkanı yaratmaqla kifayətlənmir, eyni zamanda həkimlərə klinik qərarvermə prosesində etibarlı dəstək göstərərək diaqnostika və müalicə planlarının daha dəqiq və effektiv şəkildə qurulmasına şərait yaradır.
 
Tədbir çərçivəsində iştirakçılar platformanın praktik imkanları ilə yaxından tanış olublar. Həkimlər və rezidentlər sistemin iş prinsipi, klinik hallarda tətbiqi və gündəlik tibbi praktikada istifadəsi ilə bağlı suallar ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar. Təqdimat interaktiv müzakirələr və peşəkar təcrübə paylaşımı ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır